Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə qəti etirazını bildirib.
Bu barədə Gundemxeber.az Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytına istinadla xəbər verir.
Buna səbəb kimi Yaponiyanın cari ilin iyun ayında Rusiyanın sərhədlərinin yaxınlığında, Hokkaydo adasında raketlərlə təchiz edilmiş SMM-1 gəmiəleyhinə komplekslərdən təlim atışları keçirməyi planlaşdırması göstərilir.
Rusiya XİN bəyan edib ki, Moskva bu məsələ ilə bağlı əks-tədbirlər görmək hüququnu özündə saxlayır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?