Prezident Volodimir Zelenski Ukrayna və ABŞ hökumətləri arasında nadir torpaq metalları haqqında sazişin ratifikasiyasına dair qanunu imzalayıb.
Bu barədə Gundemxeber.Az Ukrayna Ali Radasının saytına istinadən xəbər verir.
Sənəd Ali Radanın mayın 8-də keçirilən iclasında təsdiqlənib. 338 xalq deputatı "lehinə" səs verib.
Xatırladaq ki, aprelin 30-dan mayın 1-nə keçən gecə Ukrayna və ABŞ hər iki tərəfin bərabər iştirakı ilə Bərpa İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalayıblar.
Sənədi Ukrayna baş nazirin birinci müavini - iqtisadiyyat naziri Yuliya Sviridenko və ABŞ-nin maliyyə naziri Skot Bessent imzalayıblar.
Sorğu
Yeni dizaynımız necədir?