ABŞ ilə Çin İsveçrədəki görüşlərdən sonra sıçrayışlı ticarət və iqtisadi razılaşmalar əldə ediblər, lakin təfərrüatlar hələ də aydınlaşdırılmayıb.
Gundemxeber.Az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ər-Riyadda keçirilən Səudiyyə Ərəbistanı-ABŞ investisiya forumunda deyib.
"Biz həftəsonu Çinlə sıçrayışlı razılaşma əldə etdik. Xırda detalları razılaşdırmalıyıq", - Tramp bildirib.
ABŞ liderinin sözlərinə görə, əldə olunan razılaşmalara uyğun olaraq, Çin öz bazarlarını ABŞ biznesi üçün tam açmağa razılaşıb.
"Hadisələrin inkişafı Pekindən asılıdır", - Tramp vurğulayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?