Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə vəsaitinin çatışmazlığı səbəbindən işçilərinin sayını azaltmağa məcburdur.
Gundemxebet.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib.
Onun sözlərinə görə, icraçı rəhbərliyinin sayı 14-dən 7 nəfərə enib, departamentlərin sayı 76-dan 34-ə azalacaq.
Qebreyesus əlavə edib ki, növbəti ikiillik dövrdə təşkilat 500 milyon dollardan çox əməkhaqqı kəsiri ilə üzləşəcək.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT strukturlarına, o cümlədən ÜST, UNESCO və təşkilatın müntəzəm büdcəsinə könüllü ianələri dayandırmağı təklif edib
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?