Moskvanın Kuntsevsk Rayon Məhkəməsi 2 milyon "Instagram" izləyicisi olan erməniəsilli bloqer və plastik cərrah Yuri Altunyan barəsində həbs qərarı çıxarıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə məlumat məhkəmənin saytında yer alıb.
Altunyan pornoqrafiyanın yayılmasında şübhəli bilinir. Onu 6 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Bildirilir ki, məhkəmənin bloqer barəsindəki həbs qətimkan tədbiri qərarı mayın 20-də qüvvəyə minəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?