ABŞ prezidenti Donald Trampın adı ilə bağlı yaradılmış kriptovalyuta onun və müttəfiqlərinin böyük qazanc əldə etməsinə səbəb olub.
Gundemxeber.az xəbər verir ki, "Newsmax" telekanalının yaydığı məlumata görə, Tramp və onun komandası yanvar ayında istifadəyə verilən TRUMP tokenindən bu günə qədər 324,5 milyon dollar komissiya gəliri əldə ediblər.
Trampın inauqurasiyasından (22 yanvar) sonra tokenin qiyməti 44,28 dollara qədər yüksəlib. Hazırda isə bu rəqəm 14,49 dollar səviyyəsindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?