Gundemxeber.az » Dünya » Bu ölkədə ŞOK ƏMƏLİYYAT: İrana PUA daşıyan 3 avtomobil SAXLANILDI
İraqın hüquq-mühafizə orqanları İrana pilotsuz təyyarələr və partlayıcı maddələr daşıyan 3 yük maşını saxlayıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi İran polisinin sözçüsü Səid Montazer əl-Mehdiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “İran və İraq sərhəd xidmətləri arasında koordinasiya çərçivəsində İraq tərəfi pilotsuz uçan aparatları daşıyan 3 avtomobili, habelə daşınmada şübhəli bilinən şəxsləri müəyyən edib saxlamaqla qabaqlayıcı tədbirlər görüb”.
Hadisə ilə bağlı İraq sərhəd orqanlarından hələlik rəsmi açıqlama verilməyib.
Gundemxeber.az
20-04-2018, 10:00
10-05-2021, 13:28
7-04-2016, 21:37
28-06-2021, 10:49
8-01-2020, 10:17
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?