Almaniya hökuməti Ukraynanın hücum pilotsuz təyyarələrinin (PUA) milyonlarla avro dəyərində istehsalını maliyyələşdirəcək.
Gundemxeber.az-ın xəbərinə görə, bu barədə "Der Spiegel" jurnalı öz mənbələrinə istinadən məlumat verib.
Məlumata görə, razılaşma "üçrəqəmli milyonluq məbləğ" təşkil edəcək. Konkret olaraq, söhbət "An-196" ("Lyutıy") kimi uzaqmənzilli PUA-ların istehsalından gedir ki, bu da təxminən 2 min km məsafədəki hədəfləri vura bilir.
Nəşrin yazdığına görə, Ukrayna Almaniyanın köməyi sayəsində yüzlərlə belə PUA istehsal edə biləcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?