ABŞ hakimiyyəti İrana uranı zənginləşdirməyə icazə verməyəcək ki, bu da Vaşinqtonun Tehranla bir növ münasibət qurmasına imkan verəcək.
Gundemxeber.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp NATO-nun Haaqada keçirilən sammitində bildirib.
"Onlar (İran hakimiyyəti - red.) bərpa olunmaq istəyirlər və biz buna imkan verməyəcəyik… Düşünürəm ki, son nəticədə bizim İranla hər hansı münasibətimiz yaranacaq", - deyə Tramp vurğulayıb.
ABŞ prezidenti hesab edir ki, ölkənin Hərbi Hava Qüvvələri bu obyektə zərbə endirməzdən əvvəl İran hakimiyyətinin Fordodakı yeraltı uranın zənginləşdirilməsi zavodunun ərazisindən nüvə materiallarını çıxara bilməsi ehtimalı azdır. O bu barədə NATO-nun Haaqada keçirilən sammiti çərçivəsində qurumun baş katibi Mark Rütte ilə görüşündə müvafiq bəyanatla çıxış edib.
"Düşünürəm ki, onların oradan nə isə çıxarmaq şansı olmayıb, çünki biz çox tez hərəkət etdik. Yəqin ki, bu, iki həftə çəkərdi. Bu tip materialları daşımaq çox çətindir, çox çətin və çox təhlükəlidir", - deyə o qeyd edib.
Tramp İsrail və İran arasında atəşkəsin qorunması ilə bağlı vəziyyəti yüksək qiymətləndirib.
O, həmçinin İranın nüvə obyektlərinin ABŞ-nin zərbələri nəticəsində tamamilə məhv edildiyini bildirib.
Tramp kəşfiyyat məlumatlarına istinadən ABŞ-nin İranın nüvə obyektlərini tamamilə məhv edə bilmədiyini iddia edən, əsasən ona düşmən olan ABŞ KİV-in xəbərlərini tənqid atəşinə tutub.
Prezident, həmçinin əlavə edib ki, Tehranın nüvə proqramının inkişafı ABŞ-nin İranın nüvə obyektlərinə zərbələrindən sonra çox geri çəkilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?