ABŞ-nin Kaliforniya ştatında fişəng anbarında güclü partlayış baş verib.
Gundemxeber.az xarici mediaya istinadla verdiyi məlumata görə, bu barədə yerli şerif idarəsindən bəyan edilib.
Bildirilir ki, hadisə nəticəsində yanğın başlayıb, ərazi üzrə təxliyə zonası elan edilib.
"Çoxunuzun artıq eşitdiyi kimi, bu gün Esparto və Medison bölgəsində ciddi partlayış baş verib. Fişənglərin saxlandığı anbar partlayıb və yanğın hələ də davam edir. Hər kəsi bu ərazidən uzaq durmağa çağırırıq ki, yanğınsöndürənlər və xilasedicilər təhlükəsiz şəkildə işlərini görə bilsinlər. Hadisə yerinin ətrafında 1.6 km radiusunda təxliyə zonası yaradılıb", - deyə idarədən vurğulanıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?