Bu gün səhər saatlarında İstanbulun Şile rayonunda yerləşən Şile Bələdiyyəsinin binasında əməliyyat keçirilib.
Gundemxeber.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatı İstanbul maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsinin əməkdaşları keçiriblər.
Əməliyyat nəticəsində bələdiyyə sədri Özgür Kabadayı və bələdiyyənin bir neçə əməkdaşı saxlanılıb.
Saxlanılan Özgür Kabadayı Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvüdür.Xatırladaq ki, iyulun 5-də Türkiyə hüquq-mühafizə orqanları Adananın, Antalyanın və Adıyamanın bələdiyyə başçılarını da saxlayıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?