"ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı zamanı Moskva və Sankt-Peterburqa zərbələr endirməyə çağırmayıb".
Bu barədə Ağ Evin bəyanatında deyilir.
"Donald Trampın şərhləri yanlış təfsir edilib, Tramp sadəcə olaraq sual verib", - deyə bəyanatda bildirilir.
ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin niyə Moskvaya zərbə endirmədiyini soruşub. Zelenski isə cavabında bunun üçün müvafiq silahların verilməsini istəyib.
Bu barədə "The Washington Post" nəşri məlumat verib.
"Tramp Zelenskidən Moskvanı niyə vurmadığını soruşdu. Zelenski isə - "Bizə uyğun silah versəniz, bunu edə bilərik", - deyə cavab verib. Tramp bildirib ki, Ukrayna Putinə təzyiqi artırmalıdır, üstəlik, təkcə Moskvaya yox, Sankt-Peterburqa da", - deyə nəşr yazıb.
Məqalə müəllifi hesab edir ki, Donald Tramp üç səbəbə görə vəziyyəti gərginləşdirmək qərarına gəlib. Birincisi, ABŞ prezidenti hesab edir ki, Rusiya Prezidenti Vladimir Putin guya sülhə hazır olduğunu göstərməklə ona qarşı "hörmətsizlik nümayiş etdirir". İkincisi, Tramp İrana qarşı "B-2" bombardmançı təyyarələri və "Tomahawk" raketlərindən istifadə etməklə ABŞ-nin hərbi gücünün effektivliyini görüb. Nəhayət, üçüncüsü, o hesab edir ki, Moskva "ancaq çox güc tətbiq etmək təhlükəsi altında" danışıqlara gedə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?