İngiltərədə 100 kiloqramlıq qız idman zalına getmədən arıqlamağı bacarıb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, 20 yaşlı Cessika Törner uşaqlıqdan artıq çəkidən əziyyət çəkib. 2020-ci ildə 15 yaşında ikən onun boyu 163 sm, çəkisi 105 kq olub.
COVID-19 pandemiyası zamanı evə qapanan yeniyetmə bu vaxtdan ağıllı şəkildə istifadə etmək qərarına gəlib. O, təkbaşına məşqlər etməyə başlayıb, bütün zərərli qidalardan imtina edib və proteinlə zəngin qidalara üstünlük verib
Nəticədə, Törner çəkisinin yarısını itirib. Bundan əlavə, arıqlama təcrübəsi ona məşhur fitnes təlimatçısı olmağa imkan verib.
Qız bildirib ki, əvvəllər onu ələ salan bir çox keçmiş sinif yoldaşları onun sosial şəbəkələrdəki səhifələrinə abunə olublar.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?