Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak ölkənin yeni hökumətinin ilkin tərkibi ilə bağlı məlumat yayıb.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, yeni hökumətə baş nazir kimi indiyədək iqtisadiyyat naziri postunu tutan Yuliya Sviridenkonun rəhbərlik edəcəyi gözlənilir.
Məlumata görə, vəzifəsindən istefa verən hazırkı baş nazir Denis Şmıqal müdafiə naziri postuna təyin olunacaq. O, bu vəzifədə Rüstəm Umerovu əvəzləyəcək. Umerovun ABŞ-a Ukraynanın yeni səfiri təyin ediləcəyi gözlənilir.
Birinci vitse-premyer və rəqəmsallaşma üzrə vitse-premyer vəzifələrinə Yuliya Sviridenkonu əvəz edəcək şəxsin Mixaylo Fyodorov olacağı qeyd olunur. Avropa və Avroatlantik inteqrasiya üzrə vitse-premyer postuna isə Tıras Kaçkanın namizədliyi irəli sürülüb. Hazırda bu postu tutan Olqa Stefanışinanın Brüsseldə səfir kimi fəaliyyət göstərəcəyi bildirilib
Ukraynanın bərpası üzrə vitse-premyer postunda Aleksey Kulebanın qalacağı, Andrey Sibiqanın isə xarici işlər naziri vəzifəsini davam etdirəcəyi də dəqiqləşdirilib. Yeni təyinatların yaxın günlərdə rəsmi olaraq təsdiqlənməsi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?