"ABŞ dövlət qurumları məmurların dini inanclarının qorunmasını təmin etməlidir, o cümlədən onlara İncil və ikonaları iş yerində yerləşdirməyə qadağa qoymamalıdır".
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, müvafiq bildirişi federal qurumların rəhbərlərinə ABŞ hökumətinin Kadrların İdarə Edilməsi Xidmətinin rəhbəri Skott Kupor göndərib.
Fərmana əsasən, ABŞ dövlət qulluqçuları öz dini etiqadları barədə sərbəst danışa, həmkarları ilə etiqadlarını müzakirə edə, İncil, ikona, xaç, İsa Məsihin çarmıxa çəkilməsi təsvirləri və yəhudiliyin simvollarını, habelə dini plakatları yerləşdirə, həmkarlarını kilsəyə dəvət edə, asudə vaxtlarında birlikdə dua edə bilərlər.
Qeyd edək ki, fərmanda islam dinindən bəhs edilmir.
ABŞ Prezidenti Donald Tramp administrasiyasının qərarı əvvəlki prezident Co Baydenin dindarlara qarşı düşmənçilik siyasətindən tam şəkildə fərqlənir. "The Washington Post"un yazdığına görə, Bayden administrasiyası dövlət işçisinin iş yerində öz inamı ilə bağlı ifadələr işlətməsini qəbuledilməz hesab edib, çünki bu, başqa dinlərə inanan və ya inanmayan həmkarlarının hisslərinə zərər verə bilər. Bundan əlavə, əvvəlki administrasiya müxtəliflik, bərabərlik və inklüzivlik ideyalarının dövlət qurumlarında təbliğini təşviq edirdi, Tramp və komandası isə buna qarşı çıxırlar.
Xatırladaq ki, fevralın 7-də Tramp Ağ Evdə dini işlər idarəsinin yaradılması haqqında sərəncam imzalayıb.
Sorğu
Yeni dizaynımız necədir?