Ukrayna Ali Radası Ukrayna Milli Antikorrupsiya Bürosunun (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğunun (SAP) müstəqilliyinin bərpası haqqında qanun layihəsini qəbul edib.
Bu barədə, 331 xalq deputatı "lehinə" səs verib.
KİV-in məlumatına görə, baş nazirin müavini, rəqəmsal transformasiya naziri Mixail Fedorov NABU və SAP-ın səlahiyyətlərinin bərpası məsələsinin həllinə böyük bir komandanın cəlb olunduğunu bildirib.
Sənədə əsasən, baş prokurora NABU detektivlərinə məcburi yazılı göstərişlər vermək, onların işlərini digər orqanlara ötürmək (hərbi vəziyyətin xüsusi halları istisna olmaqla), eləcə də SAP prokurorlarının və ya NABU detektivlərinin işinə müdaxilə etmək qadağan edilir.
Qeyd edək ki, bu sənəd Ukraynanın 15-dən çox şəhərində etirazlara səbəb olub. Həmçinin Avropa İttifaqı və ABŞ-dəki Kiyev dəstəkçiləri belə qanun layihəsini tənqid edirdilər. Vəziyyət o həddə çatdı ki, Brüssel Kiyevə bütün maliyyə yardımının dayandırıldığını bildirdi - Ukrayna 2025-ci ilin sonuna qədər ondan təxminən 17 milyard avro almağı gözləyirdi./report.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?