Gundemxeber.az » Dünya » Trampın Ukraynada atəşkəslə bağlı Rusiyaya verdiyi vaxt bitdikdən sonra nə olacaq?
Ongünlük ultimatumun bitdiyi avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmazsa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Gundemxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti Ukraynada atəşkəslə bağlı razılıq əldə olunmazsa, avqustun 8-də nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.
"Sanksiyalar olacaq, lakin görünür ki, onlar kifayət qədər uğurlu şəkildə bu sanksiyalardan yayınırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və olduqca uğurlu şəkildə onlardan yayınmağa müvəffəq olurlar, ona görə də görək bundan nə çıxacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun ortalarında Donald Tramp 50 gün ərzində Ukraynada münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsə, ABŞ-nin Rusiyadan karbohidrogenlər alan ölkələrə qarşı ikincili rüsumlar tətbiq edəcəyini bildirib. Daha sonra o, ultimatum müddətini 10 günə, avqustun 8-dək qısaldıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Con Kelli qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə o vaxta qədər dayandırılmalıdır.
20-07-2018, 15:26
2-04-2025, 12:13
20-08-2018, 09:57
25-09-2018, 23:48
5-02-2017, 21:02
Sorğu
Yeni dizaynımız necədir?