ABŞ Prezidenti Donald Tramp Rusiyadan neft aldığına görə Hindistan üçün tarifləri əhəmiyyətli dərəcədə artıracağını bildirib.
Gundemxeber.az-ın xəbərinə görə, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında yazıb.
"Hindistan nəinki xeyli miqdarda Rusiya nefti alır, həm də əldə etdiyi neftin böyük hissəsini açıq bazarda yüksək qazancla satır", - deyə o vurğulayıb.
Tramp əlavə edib ki, Ukraynada Rusiyanın hərbi maşını ucbatından nə qədər insanın həlak olması onları maraqlandırmır:
"Buna görə mən Hindistanın ABŞ-yə ödədiyi tarifləri əhəmiyyətli dərəcədə qaldıracağam".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?