Avqustun 12-nə keçən gecə Rusiya qoşunları Ukrayna Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endirib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
“Raket təhlükəsi” siqnalı daxil olduqdan dərhal sonra şəxsi heyətə xəbərdarlıq edilib. Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir qrup hərbçi təchiz olunmuş sığınacaqlara keçərkən kaset sursatlarının təsir zonasına düşüblər”, - deyə mətbuat xidmətindən bildirilib.
İlkin məlumatlara görə, bir hərbçi həlak olub, daha 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 12 nəfər kəskin stress şikayətləri ilə həkimə müraciət edib.
Sorğu
Yeni dizaynımız necədir?