Ukrayna Silahlı Qüvvələrinə məxsus dronlar gecə saatlarında Krasnodar diyarının Slavyansk-na-Kubani şəhərində yerləşən neft emalı zavodunu hədəfə alıb. Gundemxeber.az-ın xarici KİV-ə istinadən məlumatına görə, zərərsizləşdirilən pilotsuz uçuş aparatlarından birinin qalıqları müəssisənin ərazisinə düşüb.
Nəticədə “QAZel” markalı avtomobil yanıb.
İlkin məlumata görə, xəsarət alan olmayıb. Yanğın qısa müddətdə söndürülüb, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir.
Qeyd edək ki, hücumdan əvvəl regionda dron təhlükəsi elan edilib.
Bundan bir qədər əvvəl, çərşənbə gecəsi Ukrayna dronları Volqoqradı da hədəfə alıb. Məlumata görə, orada da əsas hədəf yerli neft emalı zavodu olub.
Sorğu
Yeni dizaynımız necədir?