"Ukrayna üçün təhlükəsizlik zəmanətləri 7-10 gün ərzində hazırlanacaq".
Gundemxeber.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O həmçinin vurğulayıb ki, Kiyev Moskva ilə gələcək danışıqlar üçün şərt kimi atəşkəsdə israr etməyəcək. Dövlət başçısının sözlərinə görə, o Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşə hazırdır. "Mən təsdiqlədim və bütün liderlər məni dəstəklədilər ki, biz Putinlə ikitərəfli görüşə hazırıq", - deyə Zelenski Ağ Evin yaxınlığında keçirdiyi brifinqdə bildirib və əlavə edib ki, daha sonra Trampla üçtərəfli görüş olacaq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?