ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı Budapeştin mövqeyini dəyişməyə inandırıb.
Gundemxeber.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
"ABŞ Prezidenti Donald Trampın indi Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxan, lakin Moldovanın üzvlüyünü dəstəkləyəcəyini açıq şəkildə bildirən Macarıstanın Baş naziri Viktor Orbanı Kiyevin Aİ-yə daxil olması ilə bağlı mövqeyindən geri çəkilməyə inandırması vəziyyəti dəyişib", - nəşr avropalı diplomatın sözlərindən sitat gətirib.
Sorğu
Yeni dizaynımız necədir?