Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hələlik İranın İsrail və ABŞ-ın zərbələri nəticəsində zədələnmiş nüvə obyektlərində yoxlama aparmayacaq.
Gundemxeber.Az xarici mediaya istinadən xəbər verir ki, tərəflər hələlik yekun razılığa gəlməyiblər, lakin diplomatlar onun əldə olunacağını gözləyirlər.
Razılaşmanın şərtlərinə görə, MAQATE-nin təftişləri yalnız İranın vurulmamış nüvə obyektlərini əhatə edəcək.
Avqustun 26-da MAQATE-nin baş direktoru Rafael Qrossi agentlik müfəttişlərinin birinci qrupunun İrana qayıtdığını və onun nüvə obyektlərində işi bərpa etməyə hazırlaşdıqlarını bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?