WLFI tokeninin buraxılmasından sonrakı bir gün ərzində ABŞ Prezidenti Donald Trampın sərvəti beş milyard dollardan çox artıb.
Bu barədə "The Wall Street Journal" nəşri xəbər verir.
Nəşrin məlumatına görə, Tramp ailəsinin yeni kriptovalyutası ilə birjada alqı-satqı əməliyyatları həyata keçirilməyə başlanandan sonra Ağ Ev rəhbərinin sərvəti ona məxsus bütün daşınmaz əmlakın dəyərini ötüb.
Beləliklə, birgünlük gəlir iş adamının bütün həyatı boyu əldə etdiyi qazancını üstələyib.
Sorğu
Yeni dizaynımız necədir?