İsveç yaxın iki il ərzində Ukraynaya 70 milyard kron (7,5 milyard dollar) hərbi yardım ayırmağı planlaşdırır. Musavat.com Reuters-ə istinadən xəbər verir ki, məlumatı İsveçin müdafiə naziri Poul Yonsson açıqlayıb.
Onun sözlərinə görə, xərclərin əhəmiyyətli hissəsi İsveç Müdafiə Materialları Agentliyi vasitəsilə, məsələn, Ukrayna qoşunlarının Rusiya ilə müharibədə artıq istifadə etdiyi əlavə Archer artilleriya sistemlərinin alınması üçün bölüşdürüləcək.
Jonsson həmçinin qeyd edib ki, Rusiya pilotsuz təyyarələrinin Polşaya hücumundan sonra İsveç həmrəylik nümayiş etdirib və lazım gələrsə, ölkəni hərbi resurslarla təmin etməyə hazırdır: "Biz dərhal Polşanın müdafiə naziri ilə əlaqə saxladıq və bildirdik ki, əgər Polşa buna maraq göstərərsə, resursları təqdim etməyə hazırıq".
Nazir əlavə edib ki, istənilən bu cür dəstək NATO çərçivəsində əlaqələndiriləcək.
Bu gün məlum olub ki, İsveç növbəti hərbi yardım paketi çərçivəsində Ukraynaya 836 milyon dollar dəyərində silah verəcək. Xüsusilə ölkə yardım paketi çərçivəsində 327 milyon dollar dəyərində 18 yeni Archer sistemi və əlavə 155 mm-lik sursat alacaq. Beləliklə, ümumilikdə Ukraynada artıq 44 belə artilleriya sistemi olacaq. Ukrayna əsgərləri onların Rusiya hədəflərinə qarşı effektivliyini təsdiqləyib.
İsveç həmçinin Ukrayna üçün dənizçilik sektorunda 190 milyon dollar dəyərində material alacaq. Söhbət mobil sahil radar sistemlərindən, qumbaraatanlarla yeni dəstək gəmilərindən və pilotsuz sistemlərdən gedir. 32 təhvil verilmiş döyüş gəmisi, 90 qayıq üçün əlavə sensorlar, silahlar və radarlar alacaq.
Bundan əlavə, İsveç hava bazalarını dəstəkləmək üçün 12,7 milyon dollar dəyərində 500 motosiklet və avadanlıq - yük maşınları və traktorlar verəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?