“İlon Mask öz elektrik avtomobil şirkəti “Tesla”nın səhmlərini təxminən 1 milyard dollara alıb”.
Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına istinadən “Bloomberg” agentliyi məlumat yayıb. Komissiya saytında dərc olunan sənədlərə görə, milyarder 371-396 dollar arasında dəyişən qiymətlərlə 2 milyondan çox aktiv alıb. Nəşrin məlumatına görə, bu əməliyyatdan sonra şirkətin səhmləri birjadankənar ticarətdə 7,3%-ə yüksəlib. Qeyd edək ki, sentyabrın 5-də agentlik “Tesla”nın Maska yeni təzminat sxemi təklif etdiyini bildirib. Şirkətin bazar dəyəri artarsa, iş adamı misli görünməmiş 1 trilyon dollar qazana bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?