Korrupsiya işi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Fransanın keçmiş prezidenti Nikolya Sarkozi qərara reaksiya verib.
Onun sözlərini Fransanın BFMTV telekanalı paylaşıb.
Sarkozi təqsirsiz olduğunda israr edərək, eyni zamanda, həbsxanaya getməyə də hazır olduğunu bəyan edib.
"Mən məsuliyyəti öz üzərimə götürəcəyəm, məhkəmələrin tələblərini yerinə yetirəcəyəm. Əgər onlar həqiqətən də həbsxanada yatmağımı istəyirlərsə, yatacağam, lakin başımı dik şəkildə - mən günahsızam, bu ədalətsizlik heç bir çərçivəyə sığmır", - deyə siyasətçi bildirib.
Sarkozi, həmçinin bildirib ki, öz günahsızlığı uğrunda mübarizə aparmaq və apellyasiya şikayəti vermək niyyətindədir.
"Əlbəttə ki, mən apellyasiya şikayəti verərdim", - deyə o əlavə edib.
Özünün seçki kampaniyasını Liviyadan maliyyələşdirməsi üzrə cinayət işində təqsirli bilinən keçmiş Fransa prezidenti Nikolya Sarkozi ilə bağlı məhkəmə qərarı elan edilib.
Bu barədə BFMTV nəşri məlumat verib.
Məlumata görə, Sarkozi 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Fransa məhkəməsi keçmiş prezident Nikolya Sarkozini özünün seçki kampaniyasını Liviyadan maliyyələşdirməsi üzrə cinayət işində təqsirli bilib.
Bu barədə BFMTV telekanalı məhkəmənin qərarına istinadən məlumat verib.
İşlə bağlı təhqiqat 2012-ci ildə Liviya hakimiyyətinin Sarkozinin 2007-ci il prezidentlik kampaniyasına 50 milyon avro köçürdüyünə dair sənədlərin KİV-də dərc olunmasından sonra başlayıb.
Bundan sonra Sarkozi, həmçinin seçki kampaniyanın qeyri-qanuni maliyyələşdirilməsində və korrupsiyada ittiham olunub. Keçmiş prezident dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ilə bağlı ittihamlardan bəraət alıb.
BFMTV telekanalının məlumatına görə, bu ilin martında Fransa prokurorluğu keçmiş prezident Nikolya Sarkozinin 2007-ci ildəki seçki kampaniyasının Liviyadan maliyyələşdirilməsi ilə bağlı ona yeddi il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsini tələb edib./oxu.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?