ABŞ Energetika Nazirliyi "yaşıl", "iqlim dəyişikliyi" və "dekarbonizasiya" kimi ifadələrin istifadəsi tövsiyə olunmayan terminlər siyahısına daxil edib.
Gundemxeber.az xarici mediaya istinadən bildirir ki, müvafiq elektron məktub qurumun enerji səmərəliliyi və bərpaolunan enerji mənbələri idarəsinə göndərilib.
"Ağ Evin baxışlarına və prioritetlərinə uyğun olmadığını bildiyiniz terminologiyadan istifadə etməməyi diqqətlə nəzarətdə saxlayın", - deyə məktubda qeyd olunub.
Həmçinin siyahı nazirliyin həm xarici, həm də daxili kommunikasiyalarına şamil edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?