Türkiyədə çirkli kaset döyüşləri bütün sürəti ilə davam edir.
İki gün öncə Fəthullah Gülənə aid səs qeydlərinin nəşr olunmasının ardından bu gün də baş nazir Rəcəb Tayyib Ərdoğana aid olduğu iddia edilən material yayılıb.
Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, sui-istifadə iddiaları ilə icra edilən əməliyyat daxilində baş nazir Tayyib Ərdoğanın da telefonları təqibə alınan kəslərlə danışması əsnasında dinlədildiyi ortaya çıxıb.
“Cümhuriyyət” qəzetinin yazarı Can Dündarın “Müsbət 1 TV”də yayınlanan proqramına qatılan televiziyanın ümumi yayım rejissoru Yavuz Oğhan, "Polis baş naziri dinləyir. Bir ölkədə bundan böyük nə xəbər ola bilər ki? Ərdoğanın dinlənildiyini, izlənildiyini dəqiq olaraq anlayırıq. Bu qeydlər bir il gözlədilib”, deyib.
Proqramda baş nazir Ərdoğan ilə ikinci sui-istifadə istintaqında adı çəkilən iş adamı L. T. arasında keçdiyi iddia edilən səsi nümayiş olunub. Qeydlərdə L.T-in Ərdoğana "Böyük qardaş, bu şey çıxacaqmı? Yüzdə 6 məsələsi deyirdiniz... Ehtimalı varmı onun?" sualını verdiyi, Ərdoğanın da "Təbii, təbii", - deyə cavab verərək mövzu haqqında başqa məlumatlar verdiyi iddia edilir.
Polisin araşdırmalarında olan bu dialoqların xüsusi meşə əraziləri ilə əlaqədar olduğu bildirilir. Qanuna görə, xüsusi meşə ərazilərində quruluşlaşma nisbəti ən çox yüzdə 6. Ancaq bu prokurorluq tərəfindən "100 dönüşlük bir ərazidə 6 dönüşdə inşaat edə bilərsən, 94 dönüşə toxuna bilməzsən" olaraq şərh olunmuşdu. O ərazilərdə proyekti olanlar isə yüzdə 6-nın yüzünün də hamısına dağılmasını istəyirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?