GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Məclisin Astanı, Azərbaycanın “daşdan pul çıxaran” oğulları və “Piter Elçin”in zəngi.

Məclisin Astanı, Azərbaycanın “daşdan pul çıxaran” oğulları və “Piter Elçin”in zəngi.

Tarix: 28-12-2016, 21:23 Bölmə :GündəmXəbər / Manşet Baxış: 978
Məclisin Astanı, Azərbaycanın “daşdan pul çıxaran” oğulları və “Piter Elçin”in zəngi.

Deputat Astan Şahverdiyevi bağışlamaq olarmı - dünya azərbaycanlılarının qarşısındakı sual...

Deputat Astan Şahverdiyev son açıqlamaları ilə 70 ilik ömründə düşməninin vurmadığı zərbəni məhz özü özünə vurdu. Ancaq təkcə özünəmi? Düzdür, artıq “səhvimi başa düşürəm, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”, deyib, İntizam komissiyasından xəbərdarlıq da alıb...

Ancaq bu “səhvi” yeniyetmə, ya gənc birisi etsəydi, anlamaq olardı. Yoxsa Milli Məclisin deputatı, professor, ahıl yaşlı birisi... Astan Şahverdiyev gərək biləydi ki, indiki dönəmdə bizim xalqın birliyə daha çox ehtiyacı var. Ən azı onun 15 ildir mandatını daşıdığı Cəbrayılın, eləcə də bütün Qarabağın işğaldan azad olunması üçün bu, çox vacibdir!

Uzun illər boyu erməni diasporu bir kabusa dönüb dünya üçün. Ancaq Azərbaycanın müstəqillik illərində xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti sübut etdi ki, ermənilərin qarşısına çıxmaq, onların cavabını vermək üçün kifayət qədər imkanlarımız var. Biz nəhəng potensiala malikik, diasporumuzun sayı, güneyli soydaşlarımızı da hesablasaq, dünyadakı ermənilərin sayından iki-üç dəfə çoxdur. Yetər ki, təşəbbüskarlara dəstək verək.

Hollandiyada bir soydaşımız yaşayır, İlhan Aşkın. Neçə ildir ki, erməni diasporu ilə tək döyüşür. Hətta Xocalı qatillərini lənətlədiyi üçün ermənilər onu məhkəməyə verib, indi də proses davam edir. Avropada, Amerikada, elə postsovet məkanında nə qədər fəal azərbaycanlı var ki, ürəyi hər zaman Azərbaycanla bir döyünür, sevincimizə sevinir, kədərimizə üzülürlər.

Xaricdə, konkret olaraq Rusiyada yaşayan azərbaycanlılar bir çox çətinliklərə, əzab-əziyyətlərə qatlaşaraq özlərinə müəyyən şərait qurublar, görəsən, deputatın bundan xəbəri yoxdurmu? Çörək ardınca Rusiyaya gedənlərimizin sayı isə 2 milyonu çoxdan ötüb. Bu adamlar Azərbaycanın həm də işsizlik yükünü özləri ilə aparıblar, əlləri çörəyə çatıb, burdakı doğmalarına da əl uzadırlar. Belələrinə necə “otxod” demək olar?

Bəli, Rusiyada yaşayan soydaşlarımızın xeyli hissəsi dükan-bazarlarda çalışır. Onların bir çoxu illərlə ailə-uşağını, ata-anasını görməkdən belə məhrumdurlar. Rusiyada ağır şərtlər altında işləyirlər ki, ailələrinə çörək qazansınlar. “Daşdan pul çıxaran” bu insanların çoxu ölkəmizin ən enerjili, ən zəhmətkeş təbəqəsinin nümayəndələridir. Astan Şahverdiyev demişdi ki, Rusiyadakı azərbaycanlıları “araşdırıb”. Elədirsə, ötən illər ərzində niyə bircə dəfə də olsun skinhedlərin hücumuna məruz qalan Rusiyadakı azərbaycanlılardan bəhs etməyib? Dazbaşlar onlarla azərbaycanlını öldürüb, minlərlə soydaşımızın malını, pulunu əlindən alıb, yandırılan bazarlarda bu xalqın nümayəndələrinin milyardları batıb.
Konkret statistikaya müraciət edək, qoy professor görsün ki, araşdırmanı necə apararlar:
Rusiya Mərkəzi Bankının məlumatına görə, təkcə 2014-cü ildə Rusiyadan Azərbaycana 1 milyard 221 mln. ABŞ dolları (!) göndərilib. Bu, hələ rəsmi rəqəmdir, üzərinə azərbaycanlıların dost-tanışı vasitəsilə göndərdiklərini də gəlsək, daha böyük məbləğ edir.

Image result for Astan Şahverdiyev

Ötən il isə şimal qonşumuzdan Azərbaycana pulköçürmələri 1,9 dəfə azalıb. Bu il pulköçürmələri kəskin azalıb, hətta oradakı azərbaycanlılar özlərini dolandırmaq üçün çalışır. Rusiyadakı böhran azərbaycanlılara da ciddi zərbə vurdu. Ancaq böhrana qədər Rusiyada yaşayan həmvətənlərimiz, soydaşlarımız Azərbaycana çox böyük dəstək verirdilər. Dağlıq Qarabaş uğrunda gedən vətən müharibəsi illərində onların dəstəyi xüsusilə gözəçarpan idi. Daha sonralar da onların göndərdiyi pullar hesabına nə qədər ailələr dolanışığını qururdu. Rusiyadakı azərbaycanlılar, belə demək mümkünsə, Azərbaycanın qeyri-neft sektorunun təmsilçiləri idi. Təəssüf ki, son hadisələr bu sektorun da durumunu ağırlaşdırıb. Əks təqdirdə, bu gün bu sayda vətəndaş banklardan asılı vəziyyətdə qalmazdı. Deputatın həqarət etdiyi yüz minlər ordusu dövlətə və millətə böyük fayda verirdi və indi də verir.

Fayda yalnız bundan ibarət deyil. Dünən mühacirətə yaxşı iş tapmaq üçün xeyli sayda gedənlərimiz var ki, artıq bu gün səsləri mühüm tribunalardan gəlir. Artıq azərbaycanlılar yaşadıqları ölkələrdə ortaya mövqe qoyurlar, siyasi partiyalarda təmsil olunurlar, mandat daşıyırlar, hakimiyyət kürsülərinə təyinat alırlar. Bunlar sıradan bir məsələ deyil. Zatən, Azərbaycan dövlətinin də əsas məqsədi xaricdə yaşayan azərbaycanlıların layiq olduqları ünvanlarda təmsil olunmaları və onların həmin ölkələrdə aparıcı mövqeyə sahiblənməsidir. Ermənilər bir əsrdən artıqdır məhz bu siyasətin sayəsində uğurlar qazanıblar. Yəni azərbaycanlılar daha çörək uğrunda mübarizə aparmır, imkanları daxilində həm də Azərbaycan uğrunda mücadilə verirlər, anti-Azərbaycan qərarların qəbuluna əngəl olurlar.

Astan Şahverdiyev bu ilin yayında, elə Milli Məclislə üzbəüzdəki “Alov qüllələri”ndə Dünya Azərbaycanlılarının Qurultayında iştirak edən azərbaycanlılardan bir-ikisi ilə həmsöhbət olsaydı, öz millətinin mənsubları haqda belə aşağılayıcı ifadələr işlətməzdi. O qədər zəkalı, intellektli insanlarımız var ki... Daha bir neçə il keçəcək, bu şəxslər dünyanın aparıcı qurumlarında, ölkələrində yüksək mövqe qazanacaqlar.

Çox yaxşı ki, Azərbaycan dövləti də onların işini stimullaşdırmağa çalışır, təkliflərini dinləyir, diaspora-dövlət əlaqələrinin möhkəmlənməsi üçün mexanizmləri işləyib həyata keçirməyə çalışır. İş adamından tutmuş, aliminə, tələbəsinə qədər hər bir azərbaycanlı həm də bizim böyük sərvətimizdir, baxmayaraq ki, onlar xaricdə yaşayırlar. Bu gün xaricdə təhsil alan minlərlə azərbaycanlı tələbə sabah ölkəmizə qayıdıb ölkəmizə fayda verməkdə davam edəcəklər. Şübhəm yoxdur ki, onların arasında mandat qazanan gənclərimiz də olacaq, ancaq heç vaxt xaricdəki insanlarımızı aşağılamayacaqlar.
Ancaq Astan Şahverdiyev elə vəziyyət yaratdı ki, ona hətta “Sankt-Peterburqdan ”Piter Elçin" zəng etdi, üzrxahlıq tələbini qoydu. Görürsünüzmü, “Piter Elçin” başqa dünyanın adamıdır, ancaq azərbaycanlının təhqir olunmasına dərhal reaksiya verdi. Necə ki, Rövşən Lənkəranski son mənzilə on minlərlə insanın müşayiəti ilə yola salındı. Çünki kriminal aləmin nümayəndələri də Rusiyadakı azərbaycanlılara qiymət verib hər zaman, millətini aşağılamayıblar, onları qoruyublar.

Image result for Piter Elçin

Təsəvvür edin, prezident Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı xalqı təbrik edir, sıx birləşməyə, anti-Azərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmağa çağırır, ancaq elə eyni vaxtda hakim partiyanın deputatı Rusiyada yaşayan azərbaycanlıları aşağılayan ifadələr səsləndirir. Bu, həm də dövlətin, onun prezidentinin kursuna xəyanətdir, deyilmi?

Şübhə etmirəm ki, prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Azərbaycan prezidentinin və dövlətinin xaricdə yaşayan soydaşlarımızla bağlı mövqeyi birmənalıdır və bu yanaşmada həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət öz əksini tapıb” açıqlaması olmasaydı, A.Şahverdiyev bir gün əvvəlki kimi, hələ də nə dediyinin fərqində olmayacaqdı. Hər halda, dövlət rəsmisinin məsələyə reaksiyası onu ayıltdı və “mən niyə üzr istəməliyəm ki” deyən Şahverdiyev az sonra bütün xalqdan üzr istədi.
Bilmirəm, xaricdə yaşayan azərbaycanlılar onun üzrxahlığını qəbul edəcək, ya yox. Amma gərək hər kəs xalqın yüz minlərlə oğul-qızını təhqir etməyin yolverilməz olduğunu birdəfəlik anlasın, Astan müəllimin səhvini təkrar eləməsin. Rusiyanın hansısa bir ermənipərəst nümayəndəsinin azərbaycanlılar haqqında işlətdiyi “bazar adamı” ifadəsinin qarşılığında adlar çəkmək olardı... Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti, “Rusiyanın qəhrəmanı” Davud Paşayevdən, böyük sənətkar Müslüm Maqomayevə, filosof Heydər Camala qədər onlarla adlar çəkib beləsini susdurmaq mümkün idi. Heç olmasa Vahid Ələkbərov, Telman İsmayılov, Fərhad Əhmədov, Araz Ağalarovun Rusiya büdcəsinə ödədikləri milyardları xatırlatmaq olardı.

Lakin daha gecdir. Bundan sonra ermənilər azərbaycanlı deputatın dediklərinə istinad edəcəklər Rusiya azərbaycanlıları barədə danışanda. Çox təəssüf...

Elşad PAŞASOY
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Deputat: 'Xalqdan üzr istəyirəm'

    Deputat: 'Xalqdan üzr istəyirəm' ...

    27-12-2016, 21:29

  • 
  • “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş başçı danışdı

    “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş ...

    25-12-2016, 20:25

  • 
  • Deputatın qardaşı oğlu icra başçısına güllə atdı -  ŞOK

    Deputatın qardaşı oğlu icra başçısına güllə atdı ...

    12-07-2016, 22:36

  • 
  • İki deputat və bir sabiq parlamentar haqda şok iddialar

    İki deputat və bir sabiq parlamentar haqda şok ...

    4-04-2014, 10:36

  • 
  • Deputat Elgizlə Zauru reketlikdə günahlandırdı

    Deputat Elgizlə Zauru reketlikdə günahlandırdı ...

    10-02-2014, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu