Ötən sayımızda qeyd etmişdik ki, Gürcüstan Respublikası, 24/14 D, Agmashenebeli küç, 4400, Poti ünvanında yerləşən “Marine Shiping Forwarding LTD” MMC şirkətinin nümayəndəsi, Bakı şəhəri, Şərifzadə küçəsi, ev-102 mənzil-37 ünvanında qeydiyyatda olan, həmçinin vəkillik fəaliyyəti ilə məşğul olan Niftəliyev Zaur Gülaməddin oğlu tərəfindən GundemXeber.Az saytının redaksiyasına “Grand Motors” MMC-nin yaratdığı problemlərlə bağlı müraciəti daxil olmuşdu.
Belə ki, Zaur Niftəliyev bildirmişdi ki, “Grand Motors” MMC və “Azfert” MMC-dən “Marine Shiping Forwarding LTD” MMC şirkətinə verilmiş sifarişlər əsasında, bu şirkət 46 konteyner malları Gürcüstan Respublikasının Poti şəhərindən Azərbaycan Respublikasının müxtəlif bölgələrinə çatdırmışdır. Adı çəkilən şəxs onu da qeyd etmişdir ki, həmin tarixdən etibarən tərəflərdən göstərdiyimiz xidmətlərin dəyərini “Grand Motors” MMC və “Azfert” MMC-dən tələb etsək də, şirkətimizə olan 140,044 ABŞ dolları məbləğində borcu ala bilmirik. Vəkil onu da qyd etmişdir ki, ödənişlərin edilməməsini nəzərə alaraq, Azərbaycan Respublikasına çatdırılan son 19 konteyner hələ də boşaldılmamış qalır. Belə bir problemlərin yaşanması ilə əlaqədar Zaur Niftəliyev Məhkəməyə müraciət etmişdir. Qeyd edək ki, artıq məhkəmə qərar qəbul edib və Məhkəmə icraçıları qanuni addımlar atmaqdan vaz keçirlər.
Məhkəmənin çıxardığı qərarın icra olunmaması hansısa maraqlar əsasında həyata keçirilir. Bu bir faktdır. Qəbul etmək lazımdır ki, bu cür qanuna zidd hərəkətlər, Azərbaycanı beynəlxalq skandala sürükləyə bilər. Ancaq ölkəmizə qarşı mənfi rəylərin yaranması, bu işbazların heç vecinə də deyil. Faktiki olaraq məhkəmə qanuna uyğun qərar çıxarıb. Belə ki, Bakı şəhər, Xəzər rayon məhkəməsində Hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Iş N:2(003)-2041/2019-da qəbul olunan qərarda qeyd olunur ki, ''Imişli şəhəri, Ağsu, Kürdəmir, Bəhrəmtəpə yolunun 11-ci km-də yerləşən TIR dayanacağından cavabdehlər Məcidov Rüfət Paşa oğlu və ''Azfert'' MMC -yə məxsus 19 konteyner, ümumi çəkisi 460,750 kq təşkil edən potasium sulphate (kalium sulphate) mineral ferlitizel'' tipli gübrələrin üzərinə həbs qoyulsun. Qeyd edilən mallar ''Marinc Shipping & Forwarding LTD MMC-nin istifadəsində olan 19 nəqliyyat vasitələrindən boşaldılaraq Xırdalan şəhər, Müşviqabad qəsəbəsində yerləşən ambar tipli qeyri yaşayış sahəsinə iddiaçının saxlancına verilsin.
Qərardad dərhal icra edilsin. Qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Xəzər rayon məhkəməsinə şikayət verilə bilər.'' Məhkəmənin belə bir qərar çıxarmasına baxmayaraq, icraçılar Məhkəmə qərarının icra olunmasında böyük qanunsuzluğa yol verirlər. Mövzu diqqətimizdədir...
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?