GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: Şirkət adını dəyişib, əməlini yox

“Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: Şirkət adını dəyişib, əməlini yox

Tarix: 26-03-2020, 14:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 756
“Abşeron A1” MTK-nın dələduzluq tarixçəsi: Şirkət adını dəyişib, əməlini yox


Son dövrlər Mənzil Tikinti Korperativlərinin (MTK) vətəndaşları aldatması ilə bağlı şikayətlər xeyli artıb.

GundemXeber.Az cumhuriyyet.az-a istinadla mediada yer alan, müvafiq dövlət strukturlarına ünvanlanan həmin şikayətləri ümumiləşdirərək bildirir ki, şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şika yətlənirlər.
“İş başında olan” bir çox dələduz MTK rəhbərləri həmin insanların hüquqi savadsızlıqlarından və həm də qanunvericilikdə mövcud olan müəyyən boşluqlardan öz mənafeləri naminə məharətlə istifadə edirlər. Belə qurumlardan biri də “Abşeron A1” Mənzil Tikinti Kooperativi (MTK) – sonralar “Kooperativ” adlandırılan şirkətdir. Bu qurumla bağlı onlarla vətəndaş şikayəti var ki, bunların da əksəriyyətini tikinti şirkətinin vətəndaşın ödənişi tam etməsinə baxmayaraq onu mənzillə təmin etməsindən imtina etməsi təşkil edir. “Abşeron A1” MTK-nın son belə dələduzluğu ilə Ucar sakini Hikmət Nüsrət oğlu Rəhimov üzləşib. Bu barədə cumhuriyyet.az-a danışan vətəndaş deyir ki, 2018-ci dekabrında “Kooperativ”in Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasından 2 otaqlı mənzil alıb və qiymətini (50 000) şirkətə tam ödəyib. Vətəndaşla bağlanan müqavilədə MTK-nın sədri kimi Ağamoğlan Duman oğlu Ağayevin adı qeyd olunub. Hikmət Rəhimov isə deyir ki, ona mənzili şirkətin əsas iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalov satıb və bundan bir ay sonra – 07.02.2019-cu il tarixdə mənzili Ruhiyyə Ağamməd qızı Vahidovaya satıb. Şirkət müqaviləni yeniləyib və buna görə Hikmət Rəhimov sənədləşmə üçün də şirkətə 1500 manat pul ödəyib.
O deyir ki, 2019-cu ilin dekabrında MTK mənzili satdığı şəxsi – Ucar rayon Qazyan kənd sakini Ruhiyyə Vahidovanı çağıraraq, müqavilədə düzəliş adı ilə sənədi saxtalaşdırıb: “Dekabrda Ruhiyyə Vahidovanı çağırıblar ki, müqaviləni də götürüb gəl və mənzilini təmirə başla. Ruhiyyə Vahidova MTK-ya gedəndən sonra deyiblər ki, bu müqavilə oxunmur, gəl yenisini verək. Müqavilənin əslini alıb saxtalaşdırıblar, o da bilmədən imzalayıb. Dəyişdirilmiş müqavilədə isə göstəriblər ki, guya mən mənzillə bağlı öhdəlik götürmüşəm, bunlara mal-material, armatur verməliyəm. Halbuki mən evin bütün pulunu ödəmişəm və sonra satmışam, sənədləşməyə də 1500 manat pul ödəmişəm”.
Şikayətçi deyir ki, bundan sonra şirkətin rəhbər şəxsləri – iş icraçıları Bakir Babayev və Ehtiram Zeynalovla görüşüb, şirkətə heç bir borcu olmadığını deyib: “Mən Ehtiram Zeynalov və Bakir Babayevlə görüşdüm. Onlara vəziyyəti izah etdim. Dedilər ki, evin pulunu ödədiyin şəxsi çağır, gətir, aydınlaşdıraq. Həmin şəxs – MTK-nın işçisi də gəlib pulu aldığını və Hikmət Rəhmovun şirkətə heç bir borcu olmadığını dedi. Amma şirkət rəhbərliyi mənzili qaytarmaqdan imtina etdi”.
Hikmət Rəhimov və Ruhiyyə Vahidova bundan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edirlər: “Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdik. Dedilər ki, siz ilk adam deyilsiniz, onlarla sizi kimi şikayətçi var və şirkətlə bağlı cinayət işi açılıb. Hazırda məsələ araşdırılır”. Bununla bağlı cumhuriyyet.az olaraq araşdırmalarımız nəticəsində öyrəndik ki, doğurdanda bu sözügedən MTK-nın ilk dələduzluğu deyil. Bir müddət əvvəl “Abşeron A1” MTK demək olar ki, eyni üsulla ödənişini tam halda etmiş Əliyev Axund Nəsrəddin oğluna da Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədəki 14 saylı 2 otaqlı sahəsi 90,25 kv.m mənzili verməkdən boyun qaçırmışdır. O zaman da şirkət məhkəmələr yolu ilə vaxt udmağa çalışça da bütün məhkəmələrdə iddialarına rədd cavabı verilmişdir.
Məsələ ilə bağlı apardığımız araşdırma da o da məlum oldu ki, müqavilədə “Abşeron A1” kimi qeydə alınan MTK Vergilər Nazirliyində həm də “Kooperativ” adı ilə qeydiyyatdadır. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi isə Dadaşov Əbülfət Ələsgər oğludur. Cumhuriyyet.az olaraq pardığımız araşdırmalarda “Abşeron A1” MTK-nın sahibi Ağamoğlan Duman oğlu Ağayevin 3100676461 nömrəli VÖEN şahadətnaməsi ilə Vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırıldığı da bəlli oldu.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki... ÇOX PİS NƏTİCƏLƏR OLA BİLƏR

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına ...

    20-02-2017, 21:38

  • 
  • Vətəndaş Karat MTK rəhbərliyinin dələduz əməllərinin qurbanına çevrilir - ŞOK IDDİA

    Vətəndaş Karat MTK rəhbərliyinin dələduz ...

    12-10-2019, 21:55

  • 
  • "Sevil" MTK-nın aldatdığı vətəndaşlar PA qarşısında aksiya keçirdi

    "Sevil" MTK-nın aldatdığı vətəndaşlar ...

    21-11-2014, 02:00

  • 
  • Bakıda qaz aksiyası...

    Bakıda qaz aksiyası... ...

    9-01-2014, 21:15

  • 
  • “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - Şikayət

    “Cənnət” MTK sakinləri cəhənnəçdə yaşadır - ...

    13-10-2014, 18:18


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
Boom bets
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu