GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR

DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR

Tarix: 30-05-2020, 11:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 026
DSX rəhbərindən büdcə talançılığı və dövlət içində dövlət quruculuğu - QOHUMBAZLIQ, YERLİBAZLIQ TÜĞYAN EDİR


Dövlət Sərhəd Xidməti Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı əsasında yaradılmışdır və bu qurum dövlət sərhədlərimizin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi orqanıdır.

Dövlət Sərhəd Xidməti ona həvalə olunmuş vəzifələri tabeçiliyində olan hərbi hissələr və digər orqanlar vasitəsilə həyata keçirir və bu quruma baş idarələr, şöbələr həmçinin digər dövlət qurumları da daxildir. Dövlət Sərhəd Xidməti fəaliyyətini vətəndaş hüquq və azadlıqlarına riayət, qanunçuluq, humanistlik və Silahlı Qüvvələr quruculuğunun təşkilat prinsipləri əsasında həyata keçirməli olan bir dövlət qurumudur. Bütün bunlara baxmayaraq, 27 mart 2001-ci il tarixdən 31 iyul 2002-ci il tarixədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini—Sərhəd Qoşunlarının Komandanı, 31 iyul 2002-ci il tarixdən 5 iyun 2017-ci il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi — Sərhəd Qoşunlarının Komandanı və Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı əsasında isə, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsinə təyin olunan general-polkovnik Elçin İsağa oğlu Quliyev, hal-hazırda rəhbərlik etdiyi bu dövlət qurumunu sanki şəxsi mülkiyyətinə çevirib. Bir neçə gün bundan öncə adı çəkilən bu şəxsin həyata keçirdiyi qanundankənar idarəçiliklə bağlı, GundemXeber.Az-ın redaksiyasına olduqca sensasiya doğura biləcək ilginc məlumatlar daxil olub.​ Yəni, daxil olan məlumatlarda bildirilir ki, Dövlət Sərhəd Xidmətinin rəisi vəzifəsini daşıyan Elçin Quliyev, bu gün rəhbərlik etdiyi sahədə daha çox qohumbazlığa, yerlibazlığa, dostbazlığa və s. önəm verməkdədir. Məsələn, bir neçə faktların varlığına diqqət yetirək və hər kəsi bu şəxsin həyata keçirdiyi idarəçiliklə bağlı yaxından tanış etməyə də çalışaq. Gundemxeber.Az-a çatdırılan məlumatlarda vurğulanır ki, DSX-də Anar Bağırov adlı şəxs var və o, ​ Elçin Quliyevin yaxın qohumudur. Bu şəxs vaxtilə Naxçıvan MR-nın Daxili İşlər nazirliyi sturukturunda polis serjantı vəzifəsində çalışsa da, bir müddətdən sonra o, DSX-i rəisinin ailə sürücüsü olaraq işə götürülür. Qısa zaman kəsiyində polkovnik rütbəsi verilən Anar Bağırov, çox keçmir ki, DSX-i rəisinin sərhəd nəzarəti üzrə müavini vəzifəsinə təyin olunur və o, bu gün də daşıdığı vəzifəsini icra etməkdədir. Elçin Quliyevin DSX-də çalışan Ceyhun adlı başqa bir qohumu var ki, bu şəxs də eyni variantda işə götürülür və qısa zaman kəsiyində ona polkovnik-leytenant rütbəsi verilir. Hal-hazırda Ceyhun adlı şəxs DSX rəisinin köməkçisi vəzifəsini daşımaqdadır.

​ ​ ​ General-leytenant rütbəsi daşıyan İlham Mehdiyev də, Elçin Quliyevə bağlı olan şəxsdir və o da, DSX rəisinin “atalıq qayğısı” sayəsində belə bir rütbəyə sahiblənib və hal-hazırda rəisin ən ərköyün müavinlərindən biri hesab olunur. Düşündürücü halın varlığı isə, İlham Mehdiyevin ​ cavabdehlik daşıdığı sahəyə heç bir aidiyyatı olmayan çoxlu sayda qohum-əqrəbalarını işə qəbul etməsidir ki, bu gün onlar həmin sahədə “at oynatmaqdadırlar”. Bundan əlavə, İlham Mehdiyev Sabrina adlı doğma övladına leytenant rütbəsi verdirmiş və onu DSX-nin Beynəlxalq Əlaqələr Baş İdarəsində mühüm vəzifəyə təyin etdirib. İlham Mehdiyevin baldızı DSX-nin maliyyə idarəsində baş mühasib, oğlanları isə zabit rütbəsini daşımaqdadırlar. General-leytenant Firuz Şirinzadə DSX-nin rəisi Elçin Quliyevin həm qohumudur, həm də ki, müavinidir. Bu şəxsin oğlu isə, Bakı şəhərindəki Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərhəd nəzarəti xidmətində baş zabitdir. Elçin Quliyevin yaxın qohumlarından olan Elçin İbrahimov general-mayordur və bu şəxs hal-hazırda DSX-də aparat rəhbəri vəzifəsini daşıyır. İddialara görə o, DSX-nin rəisi ilə olan yaxın qohumluq münasibətlərindən sui-istifadə edir və doğma əmisi oğlu Elnur İbrahimovu sərhəd nəzarəti xidmətində bölmə rəisi vəzifəsinə təyin etdirməyi də bacarır. Hələlik mayor rütbəsi daşıyan Elnur İbrahimovun, hal-hazırda çalışdığı bölmədə “at oynatdığı” bildirilir. Rəşad​ Sadıqov DSX-də baş qərargah rəisi vəzifəsini daşıyır və o da, Elçin Quliyevin yaxın qohumlarındandır. Bu şəxs xalası oğlu polkovnik Ceyhun Qulamovu DSX-də şöbə rəisi vəzifəsinə təyin etdirib. Hal-hazırda Ceyhun Qulamovun rəhbərlik etdiyi şöbənin, yalnız onun qohum-əqrəbalarından ibarət olduğu bildirilir.

​ ​ ​ Elçin Quliyevin oğlu Məhəmməd adlı şəxsin DSX-nin tabeçiliyində olan hərbi hissələrdən birində ​ “hərbi xidmət”də olduğu, hal-hazırda leytenant rütbəsi daşıdığı və adı çəkilən bu qurumun istintaq idarəsində çalışdığı da söylənilir. Yəqin ki, bu şəxs çox yaxın vaxtlarda hansısa rayonda prokuror vəzifəsini daşıyacaq. Elçin Quliyev yaxın qohumlarından olan polkovnik-leytenant Emin Quliyevi ilk əvvəl DSX-nin istintaq idarəsnə rəis müavini təyin etsə də, bir müddətdən sonra isə onu, Baş Prokurorluqda mühüm vəzifəyə işə düzədir. Bir sözlə, Elçin Quliyev bu gün geniş ictimaiyyət arasında analoqu olmayan yerlibaz, qohumbaz, dostbaz, “mafioz general” olaraq ad çıxarmış və yəqin ki, onun adı müasir Azərbaycan dövlətçiliyi tarixində “qara ləkə” olaraq hər zaman xatırlanacaq.

​ ​ ​ Mövcud qanunvericiliyin tələblərinə görə, ölkəmizin müxtəlif dövlət qurumlarında yaxın qohumların bir-birinin tabeçiliyində fəaliyyət göstərən idarələrdə, şöbələrdə və s. kimi sahələrdə çalışmaları qanunla qadağan olunsa da, bu gün DSX-də qanunun belə bir tələbinə heç bir halda əməl olunmur. Yəni, Elçin Quliyevin özü və onun yaxın qohum-əqrəbaları, həmçinin general rütbəsini daşıyan bu şəxslər, sanki dövlətimizin içində yeni bir dövlət yaradıblar. Onların çoxu Fövqəladə Hallar Nazirliyində, Dövlət Miqrasiya Xidmətində, Daxili İşlər Nazirliyində və digər dövlət qurumlarında çalışmaqla bərabər, eyni zamanda respublikamızda söz sahibi də hesab olunurlar. Fakt budur ki, hal-hazırda DSX idarəsinin rəhbərliyində olan şəxslərin 70-80 faizi, məhz Elçin Quliyevin yaxın qohum-əqrəbalarıdır və əslən Naxçıvan MR-dan olanlardır.

P.S. Hörmətli oxucular! Sadaladığımız bu kimi faktlar GundemXeber.Az saytına çatdırılan məlumatların yalnız cüzi bir hissəsidir. Sizi yaxın günlərdə daha ciddi, daha müfəssəl məlumatlarla, hər kəsi şoka sala biləcək adlarla bilgiləndirməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​
Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev 2 fərman imzaladı

    İlham Əliyev 2 fərman imzaladı ...

    5-10-2018, 11:25

  • 
  • Prezident İlham Əliyev: "Əminəm ki, sərhəd mühafizə orqanlarının şəxsi heyəti dövlət sərhədlərimizin qorunması sahəsində mühüm vəzifələrini gələcəkdə də şərəflə yerinə yetirəcək"

    Prezident İlham Əliyev: "Əminəm ki, sərhəd ...

    17-08-2019, 14:10

  • 
  • RAMİL USUBOVUN MÜAVİNİ MÜDAFİƏ NAZİRİ OLDU

    RAMİL USUBOVUN MÜAVİNİ MÜDAFİƏ NAZİRİ OLDU ...

    22-10-2013, 20:15

  • 
  • İran-Azərbaycan sərhəddində atışma – 5 nəfər ölüb

    İran-Azərbaycan sərhəddində atışma – 5 nəfər ölüb ...

    14-03-2016, 22:56

  • 
  • İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd pozucusu güllələndi

    İran-Azərbaycan sərhədində İNSİDENT - sərhəd ...

    11-02-2019, 13:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (483)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu