GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY

"4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY

Tarix: 7-04-2021, 12:21 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348
"4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY


“Gəlib siyahıya alanda demişdilər ki, narahat olmayın, belə evlər sökülür, yerində yenisi tikilir. Sonra gəldilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Halbuki, verdikləri şifer evin bir hissəsini də örtmür. Evin üstü üçün azı 50-60 şifer lazımdır, çünki qəlpə bütün şiferləri deşik-deşik edib. Pəncərələri ümumiyyətlə, siyahıya salmayıblar, 4 ədəd şüşə yazıblar, deyirəm, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?”

Gundemxeber.Az DİA.AZ-a istinadla bildirir ki, bunu Ağdamın Rzalar kənd sakini Rəhman Həsənov deyir. İkinci Qarabağ Müharibəsi başlayandan kənd istiqamətində atılan raket və mərmilər Rəhman Həsənovun yaşadığı evi dağıdıb. Daha dəqiqi, noyabrın 3-də raket evin bir hissəsini tamamilə dağıdıb, qalan hissəsini də yaşamaq üçün yararsız hala salıb. Müharibənin bitməsindən 5 aydan çox keçməsinə baxmayaraq, dövlət ailəyə hələ də yeni ev tikməyib.

Rəhman Həsənov danışır: “O vaxtdan 3 dəfə gəliblər. Birinci dəfə gələndə dedilər ki, prezidentin göstərişi var, belə evlər sökülüb, özüldən yenidən tikiləcək. Bizə bir söz dedilər, ancaq kağıza başqa şey qeyd etdilər. Sonra bilmişik ki, bizə “sökülməlidir” deyib, əslində ora “bərpa olunmalıdır” yazıblar. Sonra da dedilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Dedim, sizin təklif etdiyiniz materiallarla heç bir otağı düzəltmək mümkün deyil. Bunlar yalnız raketin dağıtdığı hissəni nəzərdə tutublarmış. Halbuki, ev özüldən silkələnib, digər otaqların divarları çat verib, dam örtükləri dağılıb. Bu ev ikinci dəfədir ki, belə vəziyyətə düşür, Birinci Qarabağ Müharibəsində də dağılmışdı, Qırmızı Ayparanın xəttiylə bir Norveç şirkəti gəlib təmir-bərpa etmişdi. İkinci dəfə raketdən dağılan evi 4 kisə sement, 5 kisə qumla necə bərpa etmək olar?”

Rəhman Həsənovun sözlərinə görə, kənd təmas xəttinə yaxın olduğundan yaxınlıqdakı minadan təmizləmə prosesi zamanı minalar zərərsizləşdirilərkən ev özülündən silkələnir: “Hər dəfə partlayış olanda arxa otaqların dam örtüyünün milləri, divardan kərpiclər qopub düşür... 4 nəfərlik ailə 7 aydır ki, bu dağıntının içində qorxa-qorxa yaşayır. İki azyaşlı övladım var, bütün qışı əziyyət çəkdik. Dediyim kimi, 7 ay ərzində üç dəfə gəliblər, heç içəri otaqlara keçib baxmayıblar, elə qapıdan boylanıb, gediblər. Kənddə xeyli belə dağılmış ev var, aidiyyəti qurumların vecinə də deyil. İcra hakimiyyətinə gedirik, deyirlər, bizlik deyil, bu işlə Nazirlər Kabineti məşğul olur”.

Rəhman Həsənov Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Birinci vitse-Prezidentə, Milli Məclisə və başqa ünvanlara müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərindən sonra təxminən 1 ay əvvəl evə yenidən baxış keçirilib: “Bu dəfə gələn adam özünü Nazirlər Kabinetinin işçisi kimi təqdim etdi. Şəkillər çəkib, getdi. O gün – bu gün, hələ də bir xəbər yoxdur. Fəhləliklə məşğul oluram, qazancım çörəyimizə zorla çatır, mənim bu evi tikmək imkanım yoxdur. Həm də, niyə özüm tikməliyəm axı... Dövlətin başçısı göstəriş verib ki, bütün dağılmış evlər yenidən tikilsin, bu işə görə büdcədən külli miqdarda pul ayrılıb. Zəhmət çəksinlər, o pulları insanların dağılmış evlərini tikib versinlər”.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cocuq Mərcanlıda 7960 ədəd qəlpə, 1 ədəd tank əleyhinə raket aşkarlanıb

    Cocuq Mərcanlıda 7960 ədəd qəlpə, 1 ədəd tank ...

    25-06-2017, 21:36

  • 
  • Maşın qatarla toqquşdu -BAKIDA

    Maşın qatarla toqquşdu -BAKIDA ...

    25-09-2014, 14:56

  • 
  • Ermənilərin Xocavənddə atıb qaçdıqları zenit-raket kompleksi aşkarlandı

    Ermənilərin Xocavənddə atıb qaçdıqları ...

    25-03-2021, 12:54

  • 
  • Cocuq Mərcanlıda 944 qəlpə tapıldı

    Cocuq Mərcanlıda 944 qəlpə tapıldı ...

    10-03-2017, 21:39

  • 
  • Gəncədə evinə raket düşən daha bir vətəndaş sığorta şirkəti ilə ÜZ-ÜZƏ QALIB... - GİLEY

    Gəncədə evinə raket düşən daha bir vətəndaş ...

    25-11-2020, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu