İşğaldan azad edilən ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti belə tədbirlər zamanı Xocavənd rayonu ərazisindəki tərk edilən hərbi mövqelərdən 1 ədəd “İqla” daşınan zenit-raket kompleksi, 1 ədəd “Muxa” tank əleyhinə qumbaraatan, 1 ədəd pulemyot, 1 ədəd avtomat, 6 ədəd əl qumbarası, 64 ədəd müxtəlif növ mərmilər, 19 ədəd avtomat darağı və 1100 ədəd müxtəlif çaplı güllələr aşkar edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?