Paytaxtın Səbail rayonunda intihar hadisəsi baş verib. 28 yaşlı əcnəbi vətəndaş özünü asaraq öldürüb.
Səbail rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1987-ci il təvəllüdlü Banqladeş vətəndaşı Mohaad Məhəmməd Badamdar qəsəbəsində kirayə qaldığı evdə özünü asıb.
Özünü öldürən şəxs subay olub və intihar etdiyi evdə tək yaşayırmış.
Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Səbail rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Səbail rayonunda oxşar hadisə ötən gün də baş vermişdi. Badamdar qəsəbəsi 1-ci yaşayış massivi döngə 8, ev 399-da yaşayan 1978-ci il təvəllüdlü Venera Vaqif qızı Həsənova yaşadığı evdə özünü asmışdı.
Özünə qəsd edən 37 yaşlı qadının iki azyaşlı övladı var.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?