Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil
Bakıda intihar hadisəsi baş verib. Səbail Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Q. Abbas küçəsi ev 70, mənzil 9 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 20 yaşlı Cəmil Cəlil oğlu Abdullayev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?