Sərxoş sürücü polisi öldürdü – Yeniləndi
(1-01-2014, 19:01)

Sərxoş sürücü polisi öldürdü – Yeniləndi

Qaradağ rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

“Milli.az”ın məlumatına görə, VAZ-2105 markalı avtomobol YPX postuna yüksək sürətlə çırpılıb. Qəzada 2 nəfər həlak olub. İlkin məlumata görə, hadisəni törədən sürücü sərxoş olub və avtomobili 160-180 km/saat sürətlə idarə edib.

14:46

Dövlət Yol Polisinin Qaradağ YPX postunda baş verən qəzanın detalları məlum olub.

“Axar.az”ın məlumatına görə, dünən axşam saatlarında Saatlı rayon sakini, 1988-ci il təvəllüdlü Xəyal Şakir oğlu Orucovun idarə etdiyi 90 KV 265 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil Qaradağ YPX postunda Ümid qəsəbə sakini Mirzə Təvəkkül oğlu Məmmədovun idarə etdiyi 10 RR 714 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilə çırpılıb. İlk toqquşmadan sonra X.Orucovun yüksək sürətlə idarə etdiyi avtomobil biri polis maşını olmaqla, daha üç avtomobilə çırpılıb və YPX postunda xidmətdə olan polis əməkdaşı Polad Mehdiyevi vurub.

Nəticədə yol polisi əməkdaşı Polad Mehdiyev və 10 RR 714 nömrə nişanlı “Mersedes”in sürücüsü Mirzə Təvəkkül oğlu Məmmədov dünyasını dəyişib.

Sərxoş vəziyyətdə avtomobili idarə edən Xəyal Orucov və onun avtomobilində olan sərnişin Xalid Orucov xəsarətlə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Qaradağ Rayon Prokurorluğu cinayət işi başlayıb.
- See more at: http://axar.az/news/5576#sthash.nT6AaPbH.dpuf


Bizim TV

Axtariş

Gündəlik bürclər

Gündəlik bürclər
Xəbər lenti

Videolent









Hava Haqqinda
Sayğac

Рейтинг@Mail.ru