Astara rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı yolu keçən piyada ölüb.
Astara Rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Lənkəran rayonunun Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Qurban oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı, 42- BK- 492 dövlət nömrə nişanlı mikroavtobusla hərəkətdə olarkən yolu keçmək istəyən Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamin Zahir oğlu Həsənovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerindəcə dünyasını dəyişib.
Hadisəyə ilkin ehtimal mikroavtobusun yüksək sürətlə hərəkətdə olması və yolun sürüşkən olması göstərilir.
Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bir müddət əvvəl də Lənkəran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt- Astara maqistral yolunun 206-cı km-də, rayonun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Astara rayon sakini Nurlan Rəşadət oğlu Babazadənin idarə etdiyi 42- BK- 618 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobil yolu keçmək istəyən 64 yaşlı Hirkan qəsəbə sakini Ağayev Nurəddin Ənvər oğlunu vurub.
Hadisəni törədən sürücü yaralını öz avtomobilində Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsə də, o, yolda dünyasını dəyişib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?