Türkiyə serialında ötən gün yayımlanan bölümdə ermənilərdən danışılması sərt tənqid edilib.
GundemXeber.Az xəbər verir ki, "Fox TV" telekanalında yayımlanan "Sen çal kapımı" serialında erməni zərgərdən bəhs edilib. Belə ki, baş rol aktyoru Kerem Bursin serialda sevgilisi olan Hande Erçelə üzük alır. O, üzüyü tərifləyərkən "Məni xatırladacaq bir şey olmalıydı. Çox məşhur erməni usta ilə bir araya gəlib Edanın sevəcəyi formada üzük düzəltdik" sözlərini işlədir. Serialın sözügedən fraqmenti bir neçə saat ərzində sosial şəbəkələrdə yayılaraq sərt tənqid edilib. İstifadəçilər Azərbaycanın şəhid verdiyi günlərdə belə səhnənin yayımlanmasını birmənalı qarşılamayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?