Ankarada rəsmi səfərdə olan Almaniya prezidenti İoahim Qauq Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib. Türkiyə prezidenti Abdullah Güllə görüşdən sonra mətbuat konfransında çıxış edən İoahim Qauq bəyan edib ki, Ədoğanın məhkəmə sistemini öz nəzarəti altına salmağa çalışmasının səbəblərini anlaya bilmir. Almaniya prezidenti öz çıxışında həm də Türkiyədə sosial şəbəkələrin bağlanması məsələsinə də toxunub. O həm də bildirib ki, Ərdoğan sərt beynəlxalq tənqidi vecinə almır. “Məsələn, Ərdoğan niyə “Youtube” və “Twitter”i bağladı? Onu bu işə nə vadar etdi?”,- deyə Almaniya prezidenti soruşub.
Sorğu
Yeni dizaynımız necədir?