Polşa Milli Yaddaş İnstitutu ötən 2014-cü ilin sonunda Ukrayna arxivlərindən sovet xüsusi xidmət orqanlarına məxsus 7.5 mindən çox əməliyyat sənədlərini alıb.
Bu barədə Polşa Milli Radiosu məlumat yayıb.
“Sovet xüsusi xidmət orqanlarının 1944-cü ildə Polşa anti-kommunist qiyamı ilə mübarizəsindən bəhs edən sənədlər analiz edilir”, - məlumatda bildirilib.
Milli Yaddaş İnstitutunun sədri Lukaş Kaminski bu sənədləri qiymətsiz adlandırıb:
“Bu sənədlər bizim 1944-cü ildən sonrakı qiyam haqqında olan bildiklərimizi dəyişəcək. Ümid edirəm ki, biz ilk dəfə olaraq Polşa qiyamının necə yatırılması ilə bağlı suallara tam cavab verə biləcəyik”.
Sorğu
Yeni dizaynımız necədir?