Keçmiş Polşa prezidenti və “Həmrəylik” hərəkatının keçmiş lideri Lech Walesa kommunist rejimi dövründə heç vaxt təhlükəsizlik xidməti ilə əməkdaşlıq etmədiyini bəyan edib. Bu barədə AzadlıqRadiosu-nun Rusiya xidmətinin müxbiri Aleksey Dzikavski məlumat verir. Walesa təhlükəsizlik xidməti ilə əməkdaşlıq barədə sənədə imza atmadığını və onun adından göstərilən imzaların saxta olduğunu bildirib. Qeyd edək ki, “Milli yaddaş institutu” bu günlərdə həmin imzaların həqiqi, Walesaya məxsus olduğunu açıqlayıb. “Onlar dollar, pasport düzəldə bilirlər.Ona görə də imzamı mənim özümdən yaxşı çəkə bilirlər.O ki, qaldı qrafoloji ekspertizaya, onlarla başqa ekspert sizə əks şeyi deyə bilər”,Walesa vurğulayıb. Walesa and içib ki, heç vaxt məxfi xidmətlə əməkdaşlıq etməyib. O ki, qaqldı donosa görə pul qəbzlərinə, bunu, həmin pulları onun adından mənimsəmək üçün agentlərin özləri düzəldiblər. “Milli yaddaş institutu” yanvarın sonlarında qrafoloji ekspertizanın nəticələrini açıqlayıb. Ekspertlərin rəyinə görə, Walesanın işindəki sənəd və qəbizləri məhz onun özü imzalayıb. Keçmiş prezident və Nobel sülh mükafatçısı Lech Walesa müstəqil ekspertiza sifariş eləmək fikrindədir. İddialara görə, həmin sənədlər keçmiş kommunist rejimi dövründə daxili işlər naziri olmuş mərhum general Ceslav Kişakın evindən tapılıb. Qeyd edək ki, Walesanın rəhbərlik etdiyi “Həmrəylik” hərəkatı Polşada kommunist rejiminin düvrilməsində əsas rol oynayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?