Quba şəhərinin Heydər Əliyev prospektində yerləşən bir neçə evdə güclü yanğın baş verib. gundemxeber.az "Report"a istinadən xəbər verir ki, yanğın nəticəsində 3 ev tam olaraq yanıb, daha iki evin dam örtüyündə yanğın davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Xidmətinin 3, Qusar Yanğından Mühafizə Xidmətinin 2, Təcili Yardım Stansiyasının da iki maşını cəlb olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?