GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.biz » Ölkə » Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

Tarix: 2-12-2016, 13:45 Bölmə :Ölkə Baxış: 278
Bakıda Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın konfransı keçirilib

2016-cı il 1-2 dekabr tarixində Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Bakı şəhərindəki qərargahında Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin 25 illik dövr ərzində fəaliyyətinin yekunları, İCAO Assambleyasının 39-cu Sessiyasının yekunları, bu beynəlxalq qurumların gələcək fəaliyyətinin strateji prioritetləri və əsas proqramlarına həsr olunmuş Konfransı keçirilmişdir.

Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şuranın Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, 1991-ci ilin dekabrında dünyanın ən iri regionlarından biri - postsovet məkanının 12 yeni müstəqil dövləti Mülki Aviasiya və Hava Məkanından İstifadə haqqında Dövlətlərarası Saziş imzaladılar. Bu sazişə uyğun olaraq bu qurumlar - Aviasiya və Hava Məkanından İstifadə üzrə Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi yaradıldı və bütün bu illər ərzində uğurla fəaliyyət göstərdilər.

Bu illər ərzində Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi dünyanın digər regionlarında da analoji təşkilatlar üçün model kimi mülki aviasiya və aviasiya sənayesi sahəsində qlobal-regional əməkdaşlığın effektiv və balanslaşdırılmış mexanizmini yarada və həyata keçirə bildilər.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi daimi əsasda Çin, Hindistan, ABŞ, Asiya-Sakit okean regionu ölkələri, Afrika, Yaxın Şərq, Latın Amerikası da daxil olmaqla 75 dövlətlə, 19 beynəlxalq aviasiya təşkilatı ilə və ilk növbədə Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO), eləcə də regionda formalaşan beynəlxalq təşkilatlar ilə beynəlxalq sazişlər əsasında əməkdaşlıq edir.

İCAO çərçivəsində qəbul edilən mühüm beynəlxalq qərarlar Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin fəaliyyəti və təşəbbüsləri ilə əlaqəlidir:

• Qonşu dövlətlərin səmərəli regional əməkdaşlığının həyata keçirilməsi;

• Yeni texnologiyalar əsasında aviasiya hadisələrinin müstəqil araşdırılması prinsipinin təmin edilməsi;

• Aviasiya texnikası istehsalçılarının öz regionunun, Avropa İttifaqı, Amerika qitəsi ölkələri, Çin, Hindistan və digər dövlətlərlə beynəlxalq sənaye əməkdaşlığının təşkili;

• Aviasiya terrorizmi ilə mübarizə üzrə İCAO tərəfindən dünyada ən yaxşılardan biri kimi qiymətləndirilən regional proqramın hazırlanması və təklif edilməsi.

İCAO ilə əməkdaşlığın inkişafında əlamətdar hadisə Assambleyanın bu il keçirilmiş 39-cu Sessiyası olmuşdur. Sessiya zamanı İCAO-nun mənzil-qərargahında İCAO və Dövlətlərarası Aviasiya Komitəsi arasında Qarşılıqlı Anlaşma Memorandumuna Əlavə imzalanmışdır. Əlavə sazişə üzv dövlətlərin regionda İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsinin tətbiqi sahəsində əməkdaşlığı üçün yeni mərhələ açır. Digər əlamətdar hadisə "Uçuşların təhlükəsizliyinin artırılması və uçuşa yararlılığın qorunması" haqqında İCAO-Dövlətlərarası Aviasiya Komitəsi layihəsinin müddətsiz uzadılması üzrə sənədin imzalanması olmuşdur. Bu layihə çərçivəsində İCAO-nun "Heç bir ölkə diqqətdən kənar qalmayacaq" kampaniyasının həyata keçirilməsi üzrə region ölkələrindən təxminən 9 min aviasiya mütəxəssisinin də iştirak etdiyi 100-dən artıq müxtəlif tədbirlər keçirilmişdir. Bu layihənin perspektiv inkişafında xüsusi diqqət İCAO-nun Standartları və Tövsiyə olunan təcrübəsi və Dövlətlərarası Aviasiya Komitəsinin normativ sənədləri (Aviasiya Qaydaları) əsasında aviasiya sənayesinin müxtəlif fəaliyyət istiqamətləri üzrə, həmçinin aviasiya təhlükəsizliyi, uçuşların təhlükəsizliyi, uçuşa yararlılıq sahəsində dövlət müfəttişlərinin və aviasiya heyətinin hazırlanması proqramlarının sürətli inkişafına yetirilir.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsi həmçinin "fasiləsiz monitorinq" proqramı çərçivəsində region dövlətlərinin aviasiya qurumlarına dəstək göstərilməsi üzrə praktiki əməkdaşlıq aparır.

Dövlətlərarası Şura və Dövlətlərarası Aviasiya Komitəsinin 1991-2016-ci illər ərzində fəaliyyəti onların təşəbbüslərinin səmərəliliyi və faydalılığını sübut edib, Sazişə üzv dövlətlərin marağına uyğun gələcək fəaliyyətin perspektiv istiqamətlərini formalaşdırıb.

Konfransın əsas mövzusu İCAO Assambleyasının 39-cu Sessiyasının qətnamələri işığında uçuşların təhlükəsizliyi və aviasiya mütəxəssislərinin hazırlanması sahəsində regional əməkdaşlığın daha da genişləndirilməsi olmuşdur. Konfransda aviasiya mütəxəssislərinin hazırlanmasının Perspektiv dövlətlərarası sistemi layihəsinin təqdimatı keçirilmişdir. Azərbaycan Milli Aviasiya Akademiyası və üzv dövlətlərin bir sıra aparıcı aviasiya təhsil ocaqları bu layihədə iştirak etməkdə marağını qeyd etmişdir.

Konfransda Dövlətlərarası Şuranın və Dövlətlərarası Aviasiya Komitəsinin baxılması üçün 2017-ci ildə Dövlətlərarası Şurasının Sessiyasına çıxarılacaq gələcək fəaliyyətinin strateji məqsədləri müzakirə olunmuşdur.

Konfrans çərçivəsində iştirakçılar Mərkəzi və Şərqi Avropanın ən qabaqcıl və təchiz olunmuş aviasiya təhsil ocaqlarından biri olan Azərbaycanın Milli Aviasiya Akademiyasını ziyarət etmişlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrası mexanizmi dəyişdirilir

    Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların ...

    23-09-2016, 14:34

  • 
  • Rus hərbi təyyarəsi Estoniya hava məkanını pozdu

    Rus hərbi təyyarəsi Estoniya hava məkanını pozdu ...

    8-06-2016, 12:39

  • 
  • Hüquq qaydalarımız haqda qərarların icra forması dəyişir

    Hüquq qaydalarımız haqda qərarların icra forması ...

    4-02-2016, 14:37

  • 
  • Mozdokdan qalxdı, Azərbaycandan keçdi, Suriyanı bombaladı...

    Mozdokdan qalxdı, Azərbaycandan keçdi, Suriyanı ...

    23-11-2015, 19:36

  • 
  • Saakaşvilinin tənqidindən sonra üçüncü istefa - VİDEO

    Saakaşvilinin tənqidindən sonra üçüncü istefa - ...

    2-07-2015, 18:14

  • 
  • Milli Şuranın  təmsilçisi  hava limanında həbs edildi-Bakıda

    Milli Şuranın təmsilçisi hava limanında həbs ...

    29-07-2013, 14:19



Bu sayımız

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Arxiv xəbərlər

Mart 2021 (10)
Fevral 2021 (610)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (689)
Avqust 2020 (766)
İyul 2020 (769)
İyun 2020 (677)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (669)
Yanvar 2020 (529)
Dekabr 2019 (653)
Noyabr 2019 (558)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (547)
Avqust 2019 (454)
İyul 2019 (617)
İyun 2019 (462)
May 2019 (586)
Aprel 2019 (560)
Mart 2019 (461)
Fevral 2019 (491)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (734)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (828)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (860)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (852)
Dekabr 2017 (948)
Noyabr 2017 (1152)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1513)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (559)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (351)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (309)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (438)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 

Sayğac

    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: 012-5387626 , 070-9725019 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri

    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu