Rusiyaya məxsus döyüş təyyarəsi Estoniyanın hava məkanını pozub.
gundemxeber.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi yazılı açıqlamasında deyib.
Qeyd edilir ki, beynəlxalq hava məkanında uçmalı olan rus hərbi təyyarəsi Estoniyanın hava məkanında bir dəqiqədən az qalıb və rus pilotlar Estoniya Aviasiya Xidməti ilə təmasa keçməyiblər. Ölkənin Xarici İşlər Nazirliyindən isə bildirilib ki, hava məkanını pozduğu üçün Rusiyaya nota verilib.
Bildirək ki, bu il ərzində rus döyüş təyyarələri artıq üçüncü dəfədir Estoniyanın hava məkanını pozur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?