GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “ANS” Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun Xüsusi Məlumatı

“ANS” Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun Xüsusi Məlumatı

Tarix: 28-03-2017, 21:14 Bölmə :Ölkə Baxış: 505
“ANS” Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun Xüsusi Məlumatı

Son zamanlar ANS-ə məxsus maddı və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunmaqdadır. Əslində belə hallar ANS-i bütün fəaliyyəti boyu müşayiət edib. Biz buna qarşı qanuni yollarla mübarizə aparmış və müəyyən neqativ proseslərin qarşısını ala bilmişik.

2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkil alıb. Belə ki, ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma qarşı təzyiqlər intensivləşib. Bu təzyiqlər təkcə inzibati xarakter daşımır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir. ANS-in əmlakı məsələsi bu günədək, sözün həqiqi mənasında, qapalıdır. Şirkətin yerləşdiyi ünvanın qapısı hüquq-mühafizə orqanları tərəfindən möhürlənib və möhürün nə vaxt götürüləcəyi bəlli deyil. Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi - Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxıv başlı-başına qalıb. Xüsusi saxlanma rejiminə əbədi ehtiyacı olan arxivimiz 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdədir. Yayın istisi və qışın şaxtası bu qiymətsiz xəzinəni məhvə sürükləməkdədir. Olduqca həssas olan video-audio daşıyıcıları - kassetlər, disklər, əlyazmaları sahibsiz, siçovulların ümidinə qalıb. Dəfələrlə müraciət etsək də, xadimələri belə qapalı zonaya çevrilmiş mərtəbəyə buraxmırlar. Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağındaca sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik.

ANS-in arxivinə basqı ən müxtəlif səviyyələrdədir. Televiziya kanalları ANS-ə məxsus materiallardan ata malı kimi istifadə edir, nəinki icazə üçün ANS-ə müraciət edilmir, hətta kadrların ANS-ə məxsus olduğunu sübut edən loqo belə gizlədilir.

Gülləbaran altında lentə alınmış 1995-ci il mart hadisələrini efirə ANS-in loqosunu gizlədərək, oğrun şəkildə verməkdən utanıb xəcalət çəkmək lazım idi. Bu bir soyğunçu, qarətçi əxlaqı və ya əxlaqsızlığı idi.

ANS-in fəaliiyyəti dayandırılandan sonra Milli Qəhrəman Çingiz Mustafayevin də ruhuna hücumlar təşkil edilməkdədir. Onun Xocalıda çəkdiyi və artıq bütün dünyada məşhur olan kadrlardan istifadə olunarkən bu il ilk dəfə olaraq müəllifə istinad edilmədi. Hətta onun xidmətlərinə kölgə salmağa cəhdlər də oldu. ANS rəsmən elan edir ki, belə hallar rəzalət və əsl oğurluqdur. ANS-in əməkdaşları öz həyatlarını risk altına qoyaraq o kadrları lentə alarkən atəşdən, güllədən qorxmamışdılar. Çingiz Mustafayev isə həlak olmaqdan belə qorxmadı. Bəs onlara məxsus kadrlardan istifadə edənlər ANS-in loqosunu göstərməkdən, Çingizin adını sadəcə qeyd etməkdən niyə qorxurlar?

ANS və Milli Qəhrəman Çingiz Mustafayev Fondu olaraq bəyan edirik ki, yayımımızın dayandırılması keçdiyimiz tarixi yolun və şərəfli keçmişin yox olması demək deyil. Bizim tariximiz var, çəkdiklərimiz, arxivləşdirdiklərimiz qalır və ANS Şirkətlər Qrupu, Çingiz Mustafayev Fondu olaraq biz maddi və mənəvi irsimizi qorumaq iqtidarındayıq. Biz Çingiz Mustafayev və ANS-ə məxsus kadrların əsl və yeganə sahibləri kimi arxivlərimizdən icazəsiz istifadə etməyi, istinadsız yararlanmağı qadağan edirik. Belə hallarla ən kəskin şəkildə, Azərbaycan və beynəlxalq qanunun bütün gücü ilə mübarizə aparacağıq. Doğrudur, biz həmişə demişik ki, arxivimiz Azərbaycan xalqına məxsusdur. Amma bu o demək deyil ki, kim istəsə icazəsiz, iznsiz ANS-in qanı, canı bahasına yaratdığı salnaməni, Çingizin halal haqqını oğurlaya, onların irsini yağmalaya, özününküləşdirə, müəllifinin adını qeyd etmədən onun materialları əsasında kitablar nəşr etdirə bilər. Yanlış başa düşənləri bir daha diqqətli olmağa dəvət edirik:

ANS və Çingiz Mustafayevə məxsus irsdən icazəsiz istifadə etmək olmaz! Yasaqdır! Qadağandır! Oğurluqdur!

Bu qədər ağır, rüsvayçı yarlıqların altına çiyin verməyin!
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi- Səbəb

    İlham Əliyev ANS-in hədiyyəsindən imtina etdi- ...

    18-01-2014, 11:00

  • 
  • ANS Televiziyasının yayımı dayandırılıb

    ANS Televiziyasının yayımı dayandırılıb ...

    19-07-2016, 13:54

  • 
  • ANS-in bürosu bağlandı

    ANS-in bürosu bağlandı ...

    12-02-2014, 13:16

  • 
  • İlhamiyyə Rza ANS-dən getdi

    İlhamiyyə Rza ANS-dən getdi ...

    24-05-2016, 23:45

  • 
  • Ulvira ANS-dən qovuldu

    Ulvira ANS-dən qovuldu ...

    25-07-2013, 12:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu