Bir neçə ay əvvəl Anspress-ə baş redaktor təyin olunan Ulvira Qarayeva işdən qovulub.
Iki gün əvvəl ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev iclas keçirib. İclasda işçilərə əsəbiləşən V. Mustafayev Anspress-ə bir neçə ay əvvəl baş redaktor təyin olunan Ulvira Qarayevanı işdən qovub.
ANS prezidenti həmçinin televiziya əməkdaşlarını da sərt tənqid edib. Onun aparıcı və bir neçə gün əvvəl jurnalistlərə tikilən binadan mənzil verilən Qənirə Ataşovanın ünvanına sərt ifadələr işlətdiyi bildirilir. ANS rəhbərinin aparıcıya “satqın” dediyi də vurğulanır.
Qeyd edək ki, Anspress-ə hələ ki, ANS Şirkətlər Qrupu prezidentinin müşaviri Mais Məmmədov nəzarət edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?