Mahir Abdullayev olayı beynəlxalq müstəviyə çıxır; Bir çox yüksək rütbəli məmurların Avropa İttifaqına girişinin yasaqlanması xahiş olundu; Mahir Abdullayevi qaytarmaq şərtilə Elşad Abdullayevdən 7 milyon 800 min ABŞ dolları məbləğində pul alınıb
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanması ilə bağlı hakimiyyət nümayəndələrinə qarış acdığı savaşın sərhədləri getdikcə böyüyür. Artıq Avropa Azərbaycanlıları Milli Birlik Şurası da bu məsələ ilə məşğul olmağa başlayıb. Elşad Abdullayev tərəfindən “AzPolitika.info” ya göndərilən məktubdan məlum olur ki, Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev Mahir Abdullayevin oğurlanması ilə bağlı Avropa Birliyinin bir sıra strukturlarına, eləcə də Avropa Isan Hüquqları Məhkəməsinə müraciət edib. Müraciətdə bir çox yüksək rütbəli məmurların adı bu işdə hallanır, onların Avropa İttifaqına girişinin yasaqlanması xahiş olunur.
Həmin müraciəti təqdim edirik: “13 oktyabır 2003-cü il tarixdə Azərbaycan Respubliksaının (AR) paytaxtı Bakı şəhərində Azərbaycan Respublikasının vətəndaşı, 01.05.1962-ci il təvəllüdlü, həmin vaxt Azərbaycan Pedaqoji Universitetinin dosenti işləyən Mahir Abdullayev oğurlanmışdır. Bu adam öğurluğu hadisəsi üstündən 10 ilə yaxın vaxt keçmişdir. Bu gün Mahir Abdullayevin həyatda olub olmaması ilə bağlı heç bir məlumat yoxdur. Mahir Abdullayevin oğurlanmasından sonra onun qohumları bu barədə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına müraciət etmişlər. Lakin, 04 oktyabr 2012 il tarixindən Prezidentin sərəncamı ilə AR Baş Prokurorlugu yanında yaradılan Müstəqil İstintaq Komissiyası (MİK) da özündən əvvəlki Mahir Abdullayevin oğurluq işini aparan 12 müstəntiq kimi azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərmidir. Bunun nəticəsidir ki, MİK-sı mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək əvəzinə zərəcəkmişi susdurmaq məqsədi ilə zərərcəkmişin və onun yaxın qohum-əqrabasının əleyhinə dövlətin bütün təhdidedici təzyiq metodlarından istifadə edir. Hüquq mühafizə orqanları bu cinayət əməlinin üstünün açılmasında özlərini passiv apardıqlarına görə Mahir Abdullayevin qardaşı, hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) rektoru Elşad Abdullayev qardaşının tapılması və azad edilməsilə bağlı bir hüquq professoru kimi araşdırmalar aparmışdır. Elşad Abdullayev bu məsələ ilə bağlı Azərbaycan Respublikasının yüksək çinli məmurları ilə qeyri-rəsmi danışıqlar aparmış, hədə-qorxu nəticəsində onlara Mahir Abdullayevin qaytarılmasıla bağlı külli miqdarda maliyə vəsaiti vermişdir. Elşad Abdullayev bu işlə bağlı apardığı danışıqların hamısının gizli audio və video yazılarını yazmağa müvəffəq olmuşdur, hazırda bu vedeo-faktlar sosial şəbəkələrdə və KİV-də ictimailəşdirilmişdir. Onun video-faktlarda danışıq apardığı şəxslərin siyahısında keçmiş millət vəkili Gülər Əhmədova, AR Daxili İşlər Naziri Ramil Usubov, AR Daxili İşlər Nazirinin sabiq birinci müavini Zahid Dunyamalıyev (dünyasını dəyişib), AR DİN-in MCQMBİ-in (Banditizm) rəisi Vilayət Eyvazov, AR Milli Təhlükəsizlik Naziri Eldar Mahmudov, AR Milli Təhlükəsizlik Nazirin birinci müavini Hilal Əsədov, AR Milli Təhlükəsizlik Nazirin sabiq müavini Əli Nağıyev, AR Milli Təhlükəsizlik Nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi Akif Çovdarov, AR Nərimanov rayon məhkəməsinin sabiq sədri Ağababa Babayev (dünyasını dəyişib), AR Daxili İşlər Nazirliyinin (DİN) Heydər Əliyev adına hava limanı polis idarəsinin rəisi Rasim İldırımzadə, AR Prezident Mühafizə xidmətinin əməkdaşları Bəylər Əyyubov, Vaqif Axundov, “Qarbacov” ləqəbli Mirsahibin krimanal üzvüləri - özlərini KQB əməkdaşları kimi təqdim edən Natiq Babaşov, Şahin Cəlladbadlı, Səftər Kələntərov, Mirbaba və AR Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı mübarizənin Baş İdarəsinin əməkdaşları Yasir, Sədrəddin, Yaşar (soyadları məlum deyil), AR MTN-nin əməkdaşları Rəsul Rəsulov, Fikrət Əliyev, Elçin Quliyev, Teymur Quliyev, Yaşar (soyadı məlum deyil), Əli Zəngilanski, Arzu Kazimov, Qulu Cəfərov, Sənan İbrahimov, mügənli Mətanət İsgəndərli və azərbaycanda adam ogurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatın onlarla digər iri ranqlı məmurlar yer alıblar. Danışıqların nəticəsi olaraq oğurlanmış Mahir Abdullayevi qaytarmaq şərtilə Elşad Abdullayevdən qeyd edilən məmurlar tərəfindən üst-üstə 7 milyon 800 min ABŞ dolları məbləğində pul alınıb. Bu məbləğin alınması Elşad Abdullayev tərəfindən müxtəlif vasitələrlə (audi, video materialları, natarius rəsmiləşdirmələri ilə) qeydə alınıb. Elşad Abdullayevin sözlərinə görə isə tələb olunan məbləğ 10 milyon olduğuna görə həmin həcimdə pulu verə bilmədiyi ücün Mahir Abdullayev qaytarılmayıb. Elşad Abdullayevin ictimailəşdirdiyi audi və video materiallarından belə məlum olur ki, bu cinayətin törədilməsində dövlətin gücündən istifadə olunub və onun arxasında ali dövlət hakimiyyət orqanı dayanır. Bütün bunlar Azərbaycanda dövlət səviyyəsində adam öğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın - ölüm eskadronun fəaliyyət göstərməsini deməyə əsas verir. Azərbaycanda adam oğurluğu, insanların xəbərsiz itkin düşməsi, ölüm eskadronun fəaliyyət göstərməsilə bağlı məsələlər hələ 2005-ci ildə də gündəmə gəlmişdir. O vaxt AR DİN Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun rəhbərliyi ilə bir banda yaxalandı və indiyə qədər bu bandanın iştirakçıları, sifarişçiləri, köməkçiləri və icraçıları ilə bağlı məsələ bu günə qədər azərbaycam məhkəmə orqanları tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Məhz ölüm eskadronunun əsas sirrinin yayılmaması üçün, barəsində məhkəmə hökmü 2007-ci ildə çıxarılmasına baxmayaraq Hacı Məmmədov qeyri-qanuni olaraq indiyə kimi MTN-nin təcridxanasında saxlanılır. Hüquq doktoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevi xilas etmə cəhdi onun təqibi ilə nəticələnmiş, onun əsası qoyduğu müasir tipli Azərbaycan Beynəlxalq Universiteti əlindən alınmış və fəaliyyəti qadağan edilmiş, o, ölüm təhlükəsi qarşısında Azərbaycanı tərk etməyə məcbur olmuşdur. Elşad Abdullayev təqiblərdən yaxa qurtarmaq üçün Azərbaycan Respublikasını tərk etmiş, Fransaya sığınmışdır. YUNESKO müəllimi hüquq professoru Elşad Abdullayev AR Konstitusiyası ilə və Avropa Konvensiyası ilə müəyyən edilmiş insan hüuquları azərbaycanın hakimiyyət orqanları tərəfindən pozulmuş və acıq-aşkar müdafiəyə edilməmişdir. Mühacirət etdikdən sonra hüquq professoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanmasıla bağlı qeyri-rəsmi apardığı danışıqları ictimailəşdirməyə başlamışdır. İndiyə kimi bu barədə 15 video, 4 audi, 800-dən artıq məqalə internetdə və KİV-də yayılıb. Azərbaycan höküməti bu gün də bu cinayətin istintaqını obyektiv aparmaqda və ölüm eskaronun fəaliyyətini ifşa etməkdə maraq göstərmir, azərbaycanda adadmları izsiz-tozsuz yox edən mütəşəkkil cinayətkar təşkilatla əlbir fəaliyyət göstərərək zərərcəkmiş Elşad Abdullayevi susdurmaq məqsədi ilə dövlərin bütün gücündən tam istifadə edilib. ununla əlaqədar olaraq Avropa İttifaqının strukturlarını bu məsələni diqqətdə saxlamağa və onu Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərdə qaldırmağa, Mahir Abdullayevin oğurlanması işi üzrə adı keçən məmurların Avropa İttifaqına girişinin yasaqlanması ücün Maqnitski Aktı tətbiq olunması məsələsinin baxılmasına çağırıram.
İmza: Avropa Azərbaycanlıları Milli Birlik Şurasının sədri Qabil Rzayev”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?