Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”-yə yeni videolent verilib. Komitədən “Azadlıq.TV”-yə verilən məlumata görə yeni video yazı Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxal Universitetinin rektoru Elşad Abdullayev tərəfindən komitəyə təqdim edilib. Videolentdə iş adamı Arzu Kazımovun qaynı Hüseyin Səfərovla Elşad Abdullayev arasında olan danışıq öz əksini tapıb. Söhbət zamanı E. Abdullayev H. Səfərovdan xahiş edirki, qardaşı Mahir Abdullayevi azad etmək üçün A.Kazımova verdiyi pulu geri qaytarılmasında yardımçı olsun. Yaxud M. Abdullayevin azad edilməsini təşkil etsinlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?